İnsanın nə qədər ağıllı olması barədə mühakimə yürütmək bir az subyektiv məsələdir. Sizcə bunu İQ (intellekt əmsalı) və ya insanın əldə etdiyi nailiyyətlər əsasında söyləmək olar?

İnsanların 50%-nin İQ səviyyəsi 90-110 arasıdır; 2,5% insan əqli cəhətdən zəif inkişaf edib, onları İQ-su 70-dən aşağıdır, 2,5% insan isə intellekt səviyyəsinə görə əksəriyyəti qabaqlayır, onlarda bu göstərici 130-dan çoxdur, 0,5% isə dahi hesab olunurlar, onların İQ göstəricilər 140-dan çoxdur.

Bəlkə də kimi daha ağıllı hesab etmək barədə mübahisələr heç zaman sona yetməyəcək, amma aşağıda qeyd etdiyimiz insanların dünyada ən ağıllılar sırasında olması ilə bağlı çətin ki, kimsə mübahisə etsin. Budur sizə hal-hazırda sağ olan və inanılmaz dərəcədə yüksək İQ göstəricisinə malik insanların siyahısını təqdim edirik.


1. Stiven Hokinq
IQ – 160
Stiven, bəlkə də bu siyahıda adı çəkilən ən məşhur insandır. Stiven Hokinq nəzəri fizika sahəsində etdiyi proqressiv araşdırmalara və Kainatın qanunlarını izah edən digər tədqiqatlarına görə məşhurlaşıb. O həmçinin 7 bestseller və 14 mükafat sahibidir.


2. Kim Unq-Yonq
IQ-210
Kim Unq-Yonq –koreyalı vunderkinddir, o dünyada ən yüksək intellekt əmsalının sahibi kimi Qinnesin rekordlar kitabına daxil olmuşdur. Iki yaşında ikən o, artıq sərbəst şəkildə iki dildə danışa bilir, 4 yaşında isə çətin riyazi məsələləri həll edirdi. 8 yaşı olanda o, ABŞ-da təhsil almaq üçün NASA-ya dəvət olunmuşdu.


3. Pol Allen
IQ-170
Microsoft kompaniyasının həmtəsisçisi heç bir şübhəsiz ki, dünyanın ən uğurlu insanlarından biridir, çünki o, öz əqli imkanlarının bəhrəsini görə bilir və öz ağlını kapitala çevirməyə müyəssər olmuşdur. Onun var-dövlətini 14,2 milyard dollar həcmində qiymətləndirmək olar. Pol Allen dünyanın ən varlı insanlarının siyahısında 48-ci yerdədir. Onun çoxlu sayda kompaniyaları və idman komandaları vardır. 


4. Rik Rosner
IQ-192
Belə yüksək intellekt əmsalı göstəricisinə sahib olmasına baxmayaraq, bu insanın televiziya prodüseri işləməsi çətin ki, sizə inandırıcı gəlsin. Amma ki, Rik heç də adi dahi deyil. Onun xidməti kitabçasında striptiz rəqqası, diyircəkli konkilər üzərinə ofisiant, rəssamlar üçün naturaçı (canlı heykəl) kimi qeyri-adi vəzifələrin adları da vardır.


5. Qriqori Perelman
IQ-190
Qriqori Perelman 1966-ci ildə Leninqradda yəhudi ailəsində doğulmuşdu. O, ilk riyaziyyatçıdır ki, Puankare hipotezini isbat edib. O, imtahansız Leninqrad Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinə daxil olmuşdur. Daha sonra Steklov adına riyaziyyat institutunun Leninqrad (Sankt-Peterburq) filialında işləməklə yanaşı, həm də ABŞ-ın bir sıra universitetlərində müəllim kimi çalışmışdır. 2003-cü ildən isə heç bir yerdə işləmir və kənar adamlarla ünsiyyət qurmur.


6. Ser Endryu Uayls
IQ-170
1995-ci ildə məşhur britaniyalı riyaziyyatçı ser Endryu Uayls böyük Ferm teoremini isbat etdi, bu həmin ana qədər dünyada ən çətin riyazi tapşırıq hesab olunurdu. O, riyaziyyat və elmlər sahəsində 15 mükafata layiq görülüb.


7. Yudit Polqar
IQ-170
Yudit Polqar – Macarıstanlı şahmatçıdır. O, 15 yaşında ikən dünyanın ən gənc qrossmeyster adını alaraq, Bobbi Fişerin rekordunu bir ay təzələmişdir. Onun atası ona və bacılarına şahmatı hələ evdə ikən körpə yaşlarında öyrətməyə başlamışdır, o bütün dünyaya sübut etmək istəyirdi ki, əgər uşaqlar şahmatı öyrənməyə çox erkən yaşda başlasalar daha çox uğur əldə edə bilərlər.


8. Kristofer Hirata
IQ-225
14 yaşında ikən amerikalı Kristofer Hirata Kaliforniya Texnoloji Universitetinə daxil olur, 16 yaşında isə o artıq NASA-da Mars planetində koloniyaların salınması ilə bağlı proyektlərin üzərində çalışır. Həmçinin də o, artıq 22 yaşında astrofizika üzrə doktor dərəcəsi almışdı.


9. Terens Tao
IQ-230
Tao hələ körpə ikən hamıya vergili uşaq təsiri bağışlayırmış. Iki yaşında, yəni sizlərdən çoxunuz yeriməyi və danışmağı təzə mənimsədiyi vaxtda, o artıq əsas riyazi əməlləri yerinə yetirə bilirdi, 9 yaşında o, artıq universitet səviyyəli riyazi kurslara gedirdi, 20 yaşında isə o Prinston universitetində doktorluq dərəcəsi almışdı. 24 yaşında o Los-Anceles şəhərinin Kaliforniya universitetindən ən gənc professor adı alır. Bu müddət ərzində onun 250-dən çox elmi işi dərc olunub.


10. Ceyms Vuds
IQ-180
Amerikalı aktyor Ceyms Vuds çox parlaq tələbə olub. O, Los-Ancelsdəki olduqca nüfuzlu Kaliforniya universitetinə xətti cəbr fakültəsinə daxil olub. Daha sonra isə Massaçusets texnoloji institutunu oxuyub, burada o, aktyorluq naminə siyasi təhsili tərk etmək qərarına gəlib. Onun hesabında üç Emmi mükafatı və iki “Oskar” nominasiyası vardır.