Şəhər həyatından sıxılmısınız. “Belə bir sahil qəsəbəsinə, hətta bəlkə də bir adaya köçmək istəyirəm.” deyirsiniz. Bəlkə etdiyiniz işdən belə bezmisiniz. “Bütün gün Excel’lə məşğul olmaq yerinə bir tarlam olsaydı, torpaqla məşğul olardım” deyirsiniz. Hətta bəlkə ölkədən də sıxılmısınız; Avstraliya, Kanada sizə cənnət kimi görünür…


Әgər belə düşünürüsünüzsə, sizə uyğun bu işi qürurla təqdim edirik:




Tristan da Cunha adasında əkinçilik və heyvandarlıq!.. Adını ilk dəfə eşitdiyiniz ada dünyanın ən ucqar yeri olaraq tanınır. Səbəbi isə çox açıqdır; bu ada xəritədə gördüyünüz kimi Cənubi Afrika və Cənubi Amerikanın tam ortasında, okeanın mərkəzində yerləşir.



Bu maraqlı adada 300 insan, 300 mal-qara, 500 baş qoyundan başqa heç nə yoxdur.. 🙂 Hava Limanı da olmadığı üçün ildə səkkiz dəfə Cənubi Afrikadan gələn gəmiylə ehtiyaclarını qarşılayırlar.



Yaxşı bəs burada nə edəcəksiniz? İş elanının vəzifə hissəsində heyvanlara baxmaq, bağçılıq, bostançılıq kimi əkinçilik və heyvandarlıq işləri qeyd olunmuşdur. Adada bu günə qədər yalnız kartof yetişdirilmişdir, indi fərqli şeylər sınamaq istəyirlərmiş… 🙂



Onu da qeyd edək ki, iş elanında iki illik bir müqavilədən bəhs edirlər; getməyi planlaşdırırsınızsa özünüzü buna görə hazırlayın. Hər halda bu vəzifədə insan həyatının ən dinc, ən sakit iki ilini keçirəcək deyə düşünürük. Siz bu işə müraciət etməyi düşünərkən, birdə yuxarıdakı fotoşəkillərə göz atın; bəlkə qərar verməyinizdə köməkçi olarlar.. 🙂