Şeytan çarxını, amerikan karusellərini bir çoxlarımız sevirik. Bəs təhlükəli yolları necə?

1. Guoliang tuneli, Çin

Guoliang tuneli eyni adlı bir kəndə aparır. 1970-ci ildə əhali bu tuneli xüsusi alətlər olmadan açmışlar. Tünel 4 metr enlikdə olduğu üçün son dərəcə təhlükəlidir.

Image result for guoliang tunnel in the taihang mountains china


2. Yungas Road, Boliviya

Dəniz səviyyəsindən 3.300 metr yüksəklikdə 360 metr yüksəkliyə dək enən bu yol həm də ölüm cığırı adını daşıyır. Yolun bu qədər dar olmasına baxmayaraq buradan yük maşınları da keçir.

Related image


3. Eyre şossesi, Avstraliya

İlk baxışdan heç bir təhlükə vəd etməsə də 1.660 metrlik şossedə baş verən qəzaların sayı hesabı yoxdur. Niyə? Çünki yolun mənzərəsi monoton olduğu üçün sürücüləri yuxu tutur.


4. Passage Du Gois, Fransa

Körfəz üzərində yerləşən bu yol gün ərzində 2 dəfə su çəkildiyi zaman aktivdir. Günün qalan hissəsində isə yol 4 metr su altında itir.


5. Skippers Kanyonu, Yeni Zelandiya

Qayalar, çuxur və uçurumlar, asılma körpülər və daha nələr nələr. Burada sığorta şirkətləri belə heç nəyə zəmanət vermir.

Image result for skippers new zealand


6. Tren a las Nubes, Argentina

Adı “səmaya aparan qatar” kimi tərcümə olunan 217 km-lik bu dəmir yolu  21 tunel, 42 körpü və viaduk, 2 spiral və 2 ziqzaq yol qət edir. Qatar bəzən o qədər yüksəkliyə qalxır ki, sərnişinlər buludların arasına düşür.

Картинки по запросу tren a las nubes argentina