Dünyanın ən təhlükəli şəhəri Syudad-Xuares şəhərciyi Meksikanın ABŞ-la sərhədində yerləşir. Məhz bu yaşayış məntəqəsi vacib sərhədyanı və nəqliyyat qovşağı hesab olunur. 2009-cu ildə Syudad-Xuares dünyanın ən kriminogen şəhəri kimi tanınmışdır. Ötən illərdə burada baş verən narkotik müharibələri 2 mindən artıq insanın həyatına son qoyub. Şəhərdə hərbi ab-hava hökm sürür, çünki polislər daim axtarışlar aparırlar.