Mafia sözünün kökü «məfyuz» ərəb sözü olub, mənası sığınacaq deməkdir. Sonradan bu söz italyan dilinə daxil olaraq formasını dəyişərək mafiozi — cinayət dəstəsinin — mafiyanın başçısı anlamına gəlmişdir. Müasir dildə mafiya dedikdə mütəşəkkil cinayətkarlıq nəzərdə tutulur. Göründüyü kimi sözün ilkin forması onilliklər ərzində öz mənasın ıitirmiş və tamam başqa məna qazanmışdır. Sadə kəndlilərin etibar etdiyi və problemləri çıxdıqda üz tutduqları sözükeçən  insan anlayışı dəyişərək silah və narkotik alveri vasitəsilə özünə milyonlar qazanmış soyuqqanlı cinayətkar təsviri ilə əvəzlənmişdir. 
 
 
1) Yardilər 1950-ci illərdə Britaniyaya mühacir etmiş Yamaykalılardır. Onlar tez-tez cinayətkar dəstələr arasında  baş verən qırğınlarda iştirak etmiş və Yardi adıyla tanınmışdılar.Onlar əsasən narkotik alveri və odlu silahdan istifadəyə görə cinayət məsuliyyətinə cəlb olunurlar. Heç vaxt hüquq-mühafizə orqanlarının sıralarına öz adamlarını daxil etməyə cəhd göstərmədiklərindən digər mafiya qruplaşmaları qədər güclü sayılmırlar.

 

 
2) Bu mafiya Albaniyada yerləşmiş çoxsaylı cinayətkar dəstələrdən ibarətdir. Onlar həmçinin ABŞ və Avropada da fəaldırlar. Deyilənə görə beynəlxalq səviyyəyə 1980-ci illərdə qalxıblar. Albaniyanın özündə isə mütəşəkkil cinayət qrupları 15-ci əsrdən fəaliyyət göstərir. Alban mafiyası ABŞ və Böyük Britaniyada narkotik və bədən alveri reketini idarə edir.

 

 
3) Serb mafiyası Almaniya, ABŞ, İngiltərə və Fransa da daxil olmaqla 10-dan çox ölkədə fəaliyyət göstərir. Onlar narkotik alveri, qaçaqmal, sifarişli qətl, reket və informasiya oğurluğu kimi müxtəlif qanunsuz fəaliyyətlə məşğul olurlar. Serb mafiyasının əsas hissəsini üç böyük qrup təşkil edir: Vozdovac, Surcin, Zemun. Onlar öz növbəsində kiçik dəstələri idarə edirlər. Günümüzdə Serbiyanın özündə 30-40 cinayətkar qrup mövcuddur.

 

 
4) Yəhudi mafiyasının fəaliyyətinə narkotik və bədən alveri aiddir. Dövran dəyişdikcə Yəhudi mafiyasının da işləmə tərzi dəyişmiş və onlar təvazökar himayədarlıq fəaliyyətindən, amansız və tərəddüd etmədən qan tökən bir dəstəyə çevrilmişdir. Rus-Yəhudi mafiyası ABŞ siyasi aləminə elə yaxşı daxil olmuşlar ki, Amerika hüquq sistemi son illər onların qarşısını almaqda heç bir irəliləyiş göstərə bilməmişdir.

 

 
5) Meksika mafiyası Amerika türmələrində olduqca güclü quldur dəstəsi sayılır. Onların əsası 1950-cu illərin  sonunda, dəmir barmaqlıqlar arxasında olan Meksikalıların, digər məhbus və türmə keçikçilərindən mühafizə edilməsi məqsədi ilə qoyulub. ABŞ üzrə üzvlərinin sayı 30.000 nəfəri keçən bu cinayətkar qrup qorxutmaqla pul alma və narkotik trafiki ilə məşğul olurlar. Meksikalı quldurlar spesifik tatuajlarına görə tanınırlar. Onların bədənlərini milli simvollar, alovlu dairələr və kəsişən bıçaqlar kimi rəsmlər bəzəyir. Deyilənə görə türmələrdə 150 qətl əmri vermək səlahiyyəti olan və bu əmrləri yerinə yetirə biləcək 2000 Meksikalı məhbus cəza çəkir. Türmədə digər zümrədən olan məhbuslardan qorunma üçün onlara «vergi» ödəməyənlər, elə onların özü tərəfindən tez bir zamanda öldürülür.

 

6) Əsası 17-ci əsrdə qoyulmuş Yakudzanın fəaliyyət dairəsinə ölkəyə Avropa və Amerikadan senzurasız pornoqrafiya importu,  bədən alveri, reket və qanunsuz immiqrasiyanın təşkili aiddir. Çeçələ barmağının yoxluğu mafiya üzvü olmağın işarəsi sayılır. Dəstə üzvləri başçıdan üzr istəmək məqsədi ilə bu qurbana yol verirlər. Yakudzanın yuxarı ranqında duran üzvlərinin bir çoxunun bədəni tamamilə tatuaj ilə örtülmüşdür. Hazırda cinayətkar qrupun 2.500 ailəni təmsil edən 110.000 fəal üzvü vardır. 

 

 
7) Triadalar, böyük hissəsi Çin, Malaysiya, Honq-Konq, Tayvan və Sinqapurda yerləşən çoxsaylı quldur qurumlarından ibarətdir. Həmçinin Nyu York, Los Anceles, Sietl, Vankuver və San Fransiskoda müəyyən qədər fəal olan  mütəşəkkil dəstələr daha çox oğurluq, sifarişli qətl, narkotik alveri və piratçılıq fəaliyyəti ilə məşğul olurlar. Triadanın əsası 18-ci əsrdə qoyulub və o vaxt Tian Di Hui adı ilə tanınırdı. Son zamanlar saxta Çin valyutası hazırlamaqla məşğul olan Mafiya üzvlərinin sayı 50.000 nəfərə çatır.

 

 
8) ABŞ da daxil olmaqla çoxsaylı ölkərdə yuva qurmuş Kolumbiya kartelləri əsasən narkotik
trafikinin idarəedilməsi məqsədi ilə yaradılmışdır. Kartelin siyasi, hərbi və hüquqi məsələlər ilə məşğul olan müxtəlif təşkilatları vardır. Ən böyük dəstələr Kali, Medellin və Norte del Valle kartelləri sayılır. Bir neçə il bundan qabaq ortalığa Amerika ilə Kolumbiya arasında bu kartellərin ekstradisiyası barədə müqavilə çıxdı. Lakin Kartel başçıları məhartlə gizlənərək əlaltılarına bu müqavilənin tərəfdarlarını cəzalandırmağı tapşırdılar. Müqavilə heç vaxt qüvvəyə minmədi. Kartellərin aktivinə həmçinin insan oğurluğu və terorizm də daxildir.

 

 
9) Koza Nostra digər cinayət qurumlarına nisbətən gənc qrupdur. Başlanğıcını XIX-cu əsrin ikinci yarısında götürüb. Lakin buna baxmayaraq təşkilatın iri cinayətlərin həyata keçirilməsi və cəzasız qalması kimi bacarığı vardır. Reket, narkotik və silah alveri, qanunsuz biznesdə vasitəçilik və s. Koza Nostranın fəaliyyət dairəsinə aid olan işlərdəndir. İtalo-Amerikanların «biznesinin» belə uğurlu olmasının səbəblərindən biri, mafiyanın cəmi 3500-4000 həqiqi üzvü olmasıdır. Xırda işləri yerinə yetirən digər adamlar isə həqiqi üzvlər sayılmır və onların üzvliyi müvəqqəti xarakter daşıyır. Bundan başqa Koza Nostranı qapalı mühitə çevirən Omerta — sükut kodu mövcuddur. Koza Nostranın həqiqi üzvü olmaq və ailədə hörmətli yerə sahib olmaq istəyən hər bir kəs istisnasız təmiz İtalyan olmalıdır. Burada qan qarışıqlığı müsbət qarşılanmır. Ailəyə daxil olmazdan əvvəl potensial “üzv” öz dəyərini sübut etmək üçün tapşırıqla kimisə öldürməlidir və yalnız bundan sonra xüsusi mərasimdə onun sadiqliyi təsdiqlənir.

 

 
10) Rus Mafiyası Sovet dövrü yaranmışdır və bugün bütün dünyaya ağalığ edir. Üzvlərinin sayı 100.000-500.000 təxmin edilən Rus mafiyası gəlirlərinin böyük hissəsini İsrail, Macarıstan, İspaniya, Böyük Britaniya, ABŞ və Rusiya kimi ölkələrdən əldə edir. Bəziləri yəhudi və alman köklərindən istifadə edərək İsrail, Amerika və Almaniyaya geniş axın etmişdirlər. Fəaliyyətlərinə narkotik və silah alveri, qaçaqmal, pornoqrafiya, internet fırıldaqları və s. daxildir. Əsas qanunlarından biri — hakimiyyətlə birgə işləməmək və ya qanunla əlbir olmamaqdır. Tutulan istənilən quldur, artıq-əskik danışarsa, bölməni tərk etdikdən bir neçə saat sonra ölü olaraq tapılır. Bütün dünya onların vandalism, sifarişli qətl, insan orqanı alveri və terrorsim kimi dəhşətli cinayətlərindən qorxur.


Beləliklə, sıralama aparıldıqda isə 10-luq müvafiq olaraq aşağıdakı kimidir:

10. Yardie — Yamayka əsilli Britaniya Mafiyası
9. Alban Mafiyası
8. Serb Mafiyası
7. Yəhudi Mafiyası
6. Meksika Mafiyası.
5. Yakudza — Yapon Mafiyası
4. Triada — Çin Mafiyası.
3. Kolumbiya Narkotik Kartelləri
2. Siciliya və Amerika Koza Nostrası.
1. Rus Mafiyası.