1.Progeria: Erkən yaşlanma xəstəliyi olaraq da bilinir. Genetik olan xəstəliyə tutulanlar ümumiyyətlə 12-13 yaşına gəldiklərində həyatlarını itirirlər.


2.Su allergiyası: Bu günə qədər yalnız 30 adamda görülən xəstəliyə tutulanlar, damızdırılmamış suda olan iyonlara qarşı həddindən artıq həssaslar. Xəstələr nə rahatca su içə bilir, nə də duş ala bilirlər.


3.Xarici aksent sindromu: Beyindəki danışma bölgəsinin ziyan görməsi nəticəsi adamın normal aksentini itirib fərqli aksentlə danışması sindromu.


4.Ölümünə gülmək: Yeni Ginedəki bir qəbilədə görülən xəstəlikdə adam idarəsizcə gülməkdən ötəri əvvəl bədən hakimiyyətini ardından da həyatını itirir. Qəhqəhənin müddəti 3 aya qədər çıxa bilir.


5.FOP: Xəstənin əzələləri sümüyə çevrilir və adam heykəl kimi hərəkətsiz qalır.


6.Mikropsiya: Bu xəstəlik “Alisa möcüzələr diyarında da” adlanır. Adam, ətrafı olduğundan fərqli qəbul edir. Görmə, toxunma, eşitmə duyğularını təsir edə bilən xəstəlik üzündən məsələn obyektlərin ölçüləri gerçəkdə olduqlarından çox fərqli qəbul edilə bilir.


7.Porfiria: Vampir xəstəliyi də adlanır. Qan içməsələr də, Gün işığına dözə bilmirlər. Dəridə Günəşə qarşı həddindən artıq həssaslıq qaşınmağa, alın bölgəsində həddindən artıq tüklənməyə gətirib çıxarır.


8.Allotriofagiya: Təbəşir, boya kimi maddələrin yeyilməsi vərdişi


9.Morgellons-14 min insanda görülən bu narahatlığın, parazitlərdən qaynaqlı olduğu düşünülür. Adamın dərisindən qara, mavi ya da qırmızı rəngdə liflər sallanır.