LSD təcrübəsi
1962-ci ildə Tusko adlı bir filə tipik bir insan dozasından 3 min qat daha çox olan 297 milliqram LSD (bir növ psixotrop maddə) vurulur. Öz ətrafında dönən fil bir saat sonra ölür. Təcrübədəki məqsəd, LSD-in keçici bir dəliliyə səbəb olub olmayacağını öyrənmək idi.
Stres təcrübəsi
1960-cı illərdə 10 əsgəri daşıyan bir təyyarədə “Mühərrikimiz pozulub, enmə aparatları da işləmir. Okeana təcili eniş edəcəyik” anonsu edilir. Arxasınca son anlarını yaşadıqlarını düşünən əsgərlərə “ordunun ölümlərində qüsuru olmadığını” elan edən bir sığorta forumunu doldurmaları istənilir. Əsgərlərin hamısı forumu doldurdu. Təcrübədəki məqsəd stress yoxlaması idi.
İki başlı it təcrübəsi
1954-cü ildə Sovet cərrahı Vladimir Demixov bir it balasının başını ön ayaqlarıyla birlikdə bir Alman Qurdu itinə nəql edərək cüt başlı it əldə etti. Hər iki baş da ayrı-ayrı süd içə bilir, hətta bir-birilərinin qulaqlarını dişləyə bilirdi. İtlər bir aydan az yaşadı.
Sarı qızdırma təcrübəsi
Sarı qızdırmanın yoluxucu bir xəstəlik olmadığını sübut etməyə çalışan təcrübəçi həkim Stubbins Ffirth, bu xəstəliyə tutulan bir adamın qusmuğunu gözlərinə, öz yarasına sürtür və sonda da içir. Doktor sağlamlığını itirmədi, çünki sarı qızdırma yoluxucu deyildi. Daha sonra bu xəstəliyin ancaq virus daşıyan ağcaqanadların dişləməsiylə keçdiyi dəqiqləşdi.
Qıdıqlama təcrübəsi
1933-cü ildə psixologiya professoru Clarence Leuba, qıdıqlamağa verilən reaksiya olan gülmənin öyrənilən bir reaksiya olub olmadığını sübut etmək üçün, yeni doğulmuş oğlunu qıdıqlayarkən kimsənin gülməməsini istəyir.Yeddi ay davam edən təcrübə sonunda uşaq qıdıqlandığında gülürdü. Beləcə gülmənin qıdıqlamağa qarşı qeyri-iradi bir reaksiya olduğunu sübut edir.
Dırnaq təcrübəsi
Lawrance Sheean, dırnaq yeyən bir qrup oğlanın yatdığı otaqda hər gecə dəfələrlə “Dırnaqlarım çox acıdır” cümləsini təkrarlayır.Yaz tətili sonunda bitən təcrübədə uşaqların 40 faizinin dırnaq yemə vərdişinə son verdiyi müəyyən edilir.
Canlandırma təcrübəsi
Robert Cornish 1930-cu illərdə çarxa bənzər bir qurğu istifadə edərək ölü heyvanları canlandırmağa çalışır.Yeni ölən bəzi itlərin damarlarına adrenalin və anti-laxtalandırıcılar daxil edir. Bəzi təcrübəliklər bir müddətə ağır beyin travması və korluqla həyata qayıdır.