Demək olar ki, gündəlik əşyaların ortaya çıxışı insanlıq tarixi ilə yaşıddır. Bu uzun macərada günümüzə çata bilən əşyaların ən köhnə nümunələrini aşağıda tapa bilərsiniz.


Ən köhnə corablar

1500 yaşında olan bu yun corablar Misirdə hörülmüşdür.


Ən köhnə resept

Bu Şümerlər zamanından qalan bir pivə reseptidir. Təxminən 5000 il yaşı var.


Ən köhnə günəş eynəyi

800 il əvvəl emal edilmiş bu günəş eynəkləri isti havasıyla məşhur olmayan Kanadada tapılmışdır. Yerlilər tərəfindən qardan əks olunan günəş şüalarından qorunmaq məqsədli istifadə edilmişdir.


İnsan sürətində ən köhnə heykəl

35-40 min illik bu heykəl mamont dişindən emal edilmiş və Almaniyada tapılmışdır.


Ən köhnə ayaqqabı

5500 illik bu ayaqqabının yalnız sol tayına sahibik.


Ən köhnə çalğı aləti

40 min il yaşındakı bu alət Almaniyada tapılmışdır.


Ən köhnə şalvar

3300 illik bu şalvar Qərbi Çində tapılmışdır.


Ən köhnə sifonlu ayaq yolu

2000 illik bu tikili Efesdə tapılmışdır.


Ən köhnə protez

3000 illik bu protez ayaq Qədim Misirdə sahibinin yeriməsini təmin etmişdir.


Ən köhnə əl çantası

4500 il əvvəl emal edildiyi təxmin edilən bu əl çantası Almaniyada tapılmışdır.


Ən köhnə saqqız

Bu saqqız 5000 il əvvəl Finlandiyada çeynənilmişdir.


Ən köhnə melodiya

3400 il əvvələ aid bu melodiya Suriyada tapılmışdır.


Ən köhnə metal pul

2700 illik bu sikkə Efesdə tapılmışdır. Pulun bir üzündə aslan başı var.


Ən köhnə qlobus

510 illik bu qlobus əslində bir dəvəquşu yumurtasıdır. İtaliyada hazırlanmışdır.