Nüfuz və dəb aləmində şəxsi yaxtaya malik olmaq artıq dəbdə deyil.Öz nüfuzunu və mülkünü göstərmək üçün sualtı qayıq almaq kifayətdir.Çoxları sualtı qayıqları maraqsız və hətta vahiməli hesab edir, amma bu heçdə elə deyil.

        Sualtı qayıqlar bir0birindən fərqlənir.Bəziləri qonaqlıq və əyləncə üçün , bəziləri isə elm və tədqiqat aləmində istifadə edilir.sualtı qayiıq vasitəsi ilə suyun dərinliyindəki möhtəşəm aləmi görmək olar.Yalnız bir şeyi qeyd edə bilərk ki, sualtı macəralar bahalı əyləncələr sırasına daxildir.  Bizim siyahımızda dünyanın ən yeni, eksklüziv və bahalı sualtı qayıqları yer almışdır.

                                                 

http://imagizer.imageshack.us/v2/xq90/540/lIYoQ1.jpg

Yellow Submarine-12mln. dollar. Bu sualtı qayıq Microsoft şirkətinin banisi sayılan Pol Allenə məxsusdur. Yellow Submarine həftələrlə suyun altında qala bilir.

 

http://imagizer.imageshack.us/v2/xq90/905/9se9C2.jpg

 Phonix 1000-80 mln. dollar. Phonix 1000 65 metr uzunluğu və 465 m2 sahəsi olan olduqca böyük sualtı qayıqdır.Onun daxilində 10 yataq otağı,idman zalı, mini-barlar,cakuzzi və digər əyləncəli qurğular qurulub.


http://imagizer.imageshack.us/v2/xq90/537/WeGio6.jpg

      Nomad 1000-6.5 mln. dollar -Nomad 100-avtonom sualtı qayıqdır.Dizel mühərriki ilə işləyən bu qayıq həm suyun üzərində, həm də suyun dərinliklərində üzə bilər.Noomad 1000 suyun altında 10 gün qalaraq  1000 dəniz mili üzmək iqtidarındaır.Sərnişinlərin okeanın dərinliklərindəki ponaramadan zövq alması üçün burada 1.5 metrlik akril sahə yerləşdirilib.Sualtı qayıq eyni vaxtda 30 nəfərə kimi sərnişin qəbul edib, 300 metr dərinliyə baş vurur.


http://imagizer.imageshack.us/v2/xq90/913/RTMKIi.jpg

        Marion Hyper Sub- 3.5 mln. dollar. Bu sualtı qayığı kater və qayığın qibridi adlandırırlar, çünki Marion Hyper Sub suyun üzərində dizel mühərrikinin hesabına 440 at gücü ilə yüksək sürətdə suyun üzərində üzməklə barabər, həmdə 77 metr dərinlikdə üzür.Burada rahatlıqla 5 nəfər yerləşə bilər.Qayığın içi ağacdan hazırlanmış mebel ilə quraşdırılıb.Qayığın yaraddıcısı olan Reynolds Marionun sözlərinə görə bu qayıq sadəcə prototipdir, gələcəkdə qayığın isitifadə dairəsi genishlənəcək.


http://imagizer.imageshack.us/v2/xq90/908/xa3S2K.jpg

       Proteus-8 mln. dollar. Proteus sualtı qayığı fransız donanmasının keçmiş desantı olmuş Erve Jober tərəfindən hazırlanıb.Erve Jober Dubayda sualtı apparatların istehsalı üzrə ixtisaslaşmış “Exomos” kompaniyasına rəhbərlik edir.Jober Proteusu “sualtı avtobus” kimi xarakterizə edir.20 metrlik sualtı qayıq 14 sərnişin daşımaya bilir.


http://imagizer.imageshack.us/v2/xq90/540/SkH1vH.jpg

                        Miqalo-2.3 mlrd dollar. Dünyanın ən bahalı sualtı qayığı.Qayıq adlandırmaq çətindir, çünki kiçik şəhərciyə bənzəyir.Qayıq albinos balina miqalonun şərəfinə Miqalo adlandırılıb.Bu qayığın içərisində örtülü hovuz,kinozal,kitabxana, trenajor zalı,oyun avtomatları, lift və lüks qonaqlar üçün kiçik mənzillər var.


http://imagizer.imageshack.us/v2/xq90/540/ekM0ru.jpg

      Deepsea Chalenger- 8 mln dollar. Hollivudu fəth edəndən sonra məşhur rejissor Ceyms Kemeron okeanı fəth etmək fikrinə düşür. 2012-ci ildə Kemeron marian çökəkliyinə enmək üçün bu sualtı qayığı buraxdı.O, Marian çökəkliyinə cəmi 2 saat 37 dəyqəyə çatdı və orada bir neçə saat keçirdi. Bununla da o, marian çökəkliyinə enmiş 2-ci insan oldu.


http://imagizer.imageshack.us/v2/xq90/673/bbZnBT.jpg

      Seattle 1000-25 mln. dollar. 36 metr uzunluğunda, 3 mərtəbəli nəhəng qayıq suyun altında 3 sutkaya qədər qala bilir.Eyni zamanda sualtı qayıq 3000 mil məsafəni asanlıqla fəth edir.Sərnişinlərin rahatlığı üçün sualtı qayıqda trenajor zalına kimi hər cür rahatlıq təmin edilib. Təəccüblü deyil ki, seattle 1000 dünyanın ən nüfuzlu qayıqları sirasındadır.


http://imagizer.imageshack.us/v2/xq90/538/NEohrL.jpg

       Nautilus VAS Luxury Submarine-2.7 mln. dollar. Bu qayıq göyərtəsində 8 nəfəri yerləşdirə bilir. Hava ehtiyatları 4 günə bəs edir.Sualtı qayıq sərnişinlərin rahatlığını pozmadan 2 km dərinliyə qədər enir. Okeanın ” zülmət qaranlğını”  işıqlandırmaq üçün qayığın üzərində nəhəng projektorlar quraşdırılıb