BBC televiziyasının aparıcısı Jesiak Villiam “Dünyanı sarsıdan 50 həqiqət” adlı kitabında dünyada dəyişilməsi labüd olan absurd qərarları və baş vermiş ən dəhşətli hadisələri toplayıb.
1. Yaponiyada qadınların orta yaş həddi 84, Bostvanada isə 39 ildir
2. ABŞ və İngiltərə erkən yaş dövründə hamiləliyə görə dünyada birinci yeri tuturlar.
3. Çində 44 milyon qadın itkin düşmüş hesab edilir.
4.Braziliyada fahişə qadınların sayı Braziliya ordusunun sayından çoxdur.
5. 2002-ci ildə edam faktlarının 81%-i ABŞ, Çin və İranın payına düşüb.
6. İngiltərədə supermarketlərin müştərilər haqqındakı informasiyası hökumətinkindən daha çoxdur.
7. ABŞ da hər inəyin saxlanılması üçün ayrılan gündəlik 2.5 dollar Afrika ölkələrinin 75 %-nin gündəlik gəlirindən daha çoxdur.
8. 70-dən çox ölkədə eyni cinslərin cinsi əlaqəsi qadağan edilib, 9-da isə bu işə görə, ölüm cəzası kəsilir.
9. Dünya əhalisinin beşdə birinin gündəlik gəliri 1 dollardan azdır.
10. Rusiyada hər il 12 min qadın cəmiyyət və ailədaxili problemlər səbəbi ilə intihar edir
11. 1 ildə 13.2 milyon amerikalı estetik əməliyyat keçirir
12. Piyada əleyhinə minaların partlaması nəticəsində hər saat bir adam ölür və ya şikəst olur.
13. Hindistanda 44 milyon uşaq işçi var
14. Sənayeləşmiş ölkələrdə insanlar gündə 6-7 kq konsentrat yeyir
15. Dünyanın ən çox pul qazanan idmançısı qolfçu Tiger Vudz ildə 78 milyon dolar qazanır. Bu isə saniyədə 148 dollar deməkdir.
16. Amerikada 7 milyon qadın, 1 milyon kişi qida pozğunluğundan əziyyət çəkir
17. 15 yaşlı ingilis gənclərinin yarısı narkotiklərdən istifadə edir, dörddə biri isə siqaret çəkir
18. Dünyada şişman əhalinin üçdə biri inkişaf etməkdə olan ölkələrdə yaşayır
19. Vaşinqtondakı lobbi “sənayesində” 67 min nəfər işləyir. Hər seçilmiş konqresmenə 125 nəfər lobbist düşür.
20. Avtomobillər dəqiqədə 2 insanı öldürür.
21. 1997-ci ildən indiyə qədər ABŞ-da abort klinikalarında 80 min zorakılıq və zorlama faktı qeydə alınıb
22. McDonalsın qızıl kəmərini tanıyanların sayı xristian tacını tanıyanlardan daha çoxdur.
23. Keniyada hər bir ailənin əldə etdiyi qazancın üçdə biri rüşvətə xərclənir.
24. Dünyada qanunsuz narkotik maddələrin dövriyyəsindən olan qazanc illik 400 milyard dollar təşkil edir.
25. Amerikalıların üçdə biri yad planetlərdən gələnlərin olmasına inanır.
26. Dünyada 150-dən çox ölkədə işgəncə vermə adəti mövcuddur.
27. Hər gün dünya əhalisinin yeddidə biri, yəni 800 milyon adam ac qalır.
28. Amerikada qara dərililərin həbsxanaya girmə ehtimalı yüzdə 33-dür.
29. Dünyanın üçdə birində müharibə vəziyyəti hökm sürür.
30. Neft ehtiyatları 2040-cı ildə tükənə bilər.
31. Dünyada siqaret çəkənlərin 82 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır.
32. Dünya əhalisinin 45%-i telefon-kommunikasiya sistemi ilə təmin olunmayıb
33. Dünyadakı müharibələrin dörddə biri təbii ehtiyatlar uğrunda baş verib.
34. Afrikada QİÇS-ə yoluxanların sayı 30 milyon nəfər təşkil edir.
35. Hər il 10 dil ölür.
36. İntihar nəticəsində ölənlərin sayı silahlı münaqişələrdə ölənlərin sayından daha çoxdur.
37. ABŞ-da həftədə orta hesabla 88 şagird sinfə silahla girir.
38. Dünyada ən azı 300 min nəfər şəxsi fikir və düşüncələrinə görə həbsxanalara salınıb.
39. Hər il dünyada 2 milyon gənc qız və qadın sünnət edilir.
40. Dünyada 300 min uşaq silahlı münaqişələrin iştirakçısıdır.
41. İngiltərədə 2001-ci ildəki seçkilərdə 26 milyon, Pop-idolun ilk mövsümündəki seçkilərdə isə 32 milyon şəxs səs vermişdir.
42. ABŞ pornoqrafiyaya ildə 10 milyon dollar pul xərcləyir.
43. ABŞ öz hərbi xərcləri üçün özünə təhlükəli qəbul etdiyi 7 ölkənin büdcəsindən 33 dəfə çox pul ayırır.
44. Dünyada 27 milyon qul var.
45. Amerikalılar hər saat zibil qutularına 2. 5 milyon plastik qab atırlar. Üç həftə ərzində isə bu, Yerlə Ay arasındakı məsafə uzunluğunda plastik qab deməkdir.
46. Hər bir sadə ingilis vətəndaşı gündə ən azı 300 dəfə kamera qarşısından keçir.
47. Hər il 120 min qadın və gənc qız Qərbi Avropa ölkələrinə satılır.
48. Yeni Zelandiyadan İngiltərəyə gətirilən 1 ədəd kivi atmosferə öz ağırlığından 5 dəfə çox kükürd qazının buraxılmasına səbəb olur.
49. ABŞ-ın BMT-yə olan borcu 1 milyard dollardır.
50.Yoxsul ailələrin uşaqlarının psixoloji sarsıntı keçirmə ehtimalı imkanlı ailələrin uşaqlarına nisbətdə 3 dəfə çoxdur.