1. Paskal Payet: üç dəfə həbsxanadan vertolyotla qaçmışdı!
Paskal Payet və yaxud Kalaşnikov Pet, inkassator maşınına soyğun təşkil olunan zaman bir şəxsi qətlə yetirdiyi üçün həbsxanaya düşmüşdü. 2001-ci ildə o, 30 illik həbs cəzasına məhkum görülmüşdü və üç dəfə vertolyotla həbsxanadan qaçmışdı.
Sonuncu dəfə 2007-ci ildə həbsxananın damına qaçırılmış vertolyot enir. Vertolyotun göyərtəsində Payetin 3 nəfər silahlı tərəfdaşları var idi. Payet həbsxananın damından maskalar ilə qaçmışdı. Aralıq dənizinin ortasında onlar vetolyotun pilotunu buraxırlar. O zamandan etibarən Paskal və onun tərəfdaşları haqqında heç kimi heç nə eşitməyib.
2. Con Dillincer: saxta silah vasitəsi ilə həbsxanadan qaçmışdı.
1934-cü ilin 3 martında Conni Dilincer Kroun Poynt həbsxanasından qaçmışdı. O dövrdə həmin həbsxanadan qaçmaq mümkün deyildi. Həbsxana çox saylı polis və milli qvardiya hərbçiləri tərəfindən mühafizə olunurdu. Qəzetlərdə xəbər çıxır ki, Con Dillincer həbsxanadan ağacdan düzəldilmiş və qulatinlə boyadılmış silahla qaçmışdı. Bu silahın vasitəsi ilə o, mühafizəçiləri onun kamerasının qapısını açmağa məcbur etmişdi. Sonra isə bütün mühafizəçiləri öz kamerasına yığır və kameranın qapısını bağlayır, özü isə sakit şəkildə həbsxanadan qaçır.
3. Alfi Haynds: üç dəfə həbsxanadan qaçmışdı.
1953-cü ildə Alfi Haynds zərgərlik mağazasını soyduğu üçün həbs cəzasına məhkum olunmuşdu. Oğurladığı 90 min dolları o, heç vaxt qaytarmamışdı. Məhkəmədə o, öz günahını boynuna aldı və 12 il həbs cəzasına məhkum olunmuşdu. Alfi naməlum şəkildə bağlı qapılardan və 6 metr hündürlüyündə olan divardan qaçmışdı. Qaçışdan sonra o, düzgün həyat tərzi sürürdü: inşaatçı və dekarator kimi çalışırdı. 1956-cı ildə isə Skotland Yardın detektivləri nəhayət ki, onu izləyib həbs etdirirlər. Həbsdən sonra məhkəmə zalında Haynds ittihamları həbsxanaların işçilərinə qarşı çevirir və onları qeyri –qanunu həbs etmədə günahlandırır. Yaranmış vəziyyətdən yararlanaarq Hayds məhkəmədən qaçmışdı. İki mühafizəçi onu qandalla ayaq yoluna gətirdikdə o, mühafizəçiləri ayaq yoluna itələyir və onların üzünə arxadan qapını açarla bağlayır.
4. Culian Şotard: onu həbsxanaya gətirən furqonun altından yapışaraq həbsxanadan qaçmışdı.
2009-cu ildə fransız təşviqatçı Culian Şotard həbsxanadan cəsarətli və ağıllı üsulla xilas olunur. Şimali London Pentonvil həbsxanasına furqonla bir qrup dustaqlar gətirilir. Digər dustaqlar içəriyə daxil olarkən Şotard furqonun arxasına keçir və bir neçə dəqiqədən sonra həbsxanadan qaçmağa müvafiq olmuşdu. Daha sonra o özü polisə gələrək təslim olmuşdu.
5. Frenk Morris, Klarens və Con Enqlin – Alkatrasdan qaçmış yeganə dustaqlar.
1962-ci ilin 11 iyununda Frenk Morris Con və Klarens Anqlin qardaşları ilə birlikdə tarixin ən mürəkkəb qaçış planını həyata keçirmişdilər. Morris və Anqlin qardaşları havalandırma şaxtası ilə qalxırlar və bacaların birindən həbsxananın damına çıxırlar. Daha sonra isə onlar damdan aşağı düşmüşdülər və adada rezin qayıqlar ilə üzmüşdülər. Alkatras türməsində mühafizəçilər dustaqların yoxluğunu gec aşkarlamışdılar, çünki dustaqlar öz yerlərinə sabun, tualet kağızı və həqiqi saçlardan düzəldimiş saxta başlar düzəldib yataqlarına qoymuşdular.