Silahın yaranmasından bügünə kimi onun bəzi növlərini qadağan etməyə çalışmışlar. Homer çox böyük narazılıqla yay və oxu “qorxaqların silahı” adlandırmışdır. Roma papaları isə tarix boyu uğursuzca da olsa arbaleti qadağan etməyə çalışırdılar, amma yalnız XX əsrdə bəzi növ silahların qadağan olunmasına hərtərəfli razılaşdırılmışdır.


Dum – dum güllələri

Bu güllələr öz adlarını Kallkuttada yerləşən Dum – dum adlı fəhlə şəhərciyində, silah fabrikində istehsal olduqlarına görə alıblar. Burnunun üstü suvandlanan belə güllələr bir çiçək kimi açılır və dəhşətli yaralara səbəb olurdu. Dum – dum güllələri 1890-cı illərin əvvəlində yaranmışdır, lakin 1899-cu ildə tarixdə ilk dəfə rus imperatorunun, II Nikolayın, təşəbbüsü ilə təşkil olunmuş Beynəlxalq sülh konfransı – Haaqa konfransında qəbul olunmuş, asanlıqla açılan və yastılaşmış güllələrdən istifadə etməmə haqqında Bəyannamə ilə qadağan olunmuşdur. Bu sursatların qadağan olunmasının səbəbi “həddən artıq qəddarlıqda” olmaları idi, ancaq belə ekspansiv güllələr indiyədək ovçuluq və polis silahlarında istifadə olunur: onun yüksək dayandırıcı təsiri həmdə partlayış zamanı hədəfə düşəndə zərər  ehtimalının aşağı olması ilə uzlaşır ki, təsadüfən yoldan keçənlərin zərər alması riskini azaldır.


Kimyəvi silah

Hələ Qədim Yunanıstanda primitiv kimyəvi silahlardan köməkçi vasitə kimi istifadə edilirdi, lakin sənaye miqyasında onu ilk dəfə Birinci Dünya müharibəsində tətbiq etməyə başlamışdılar, amma məhvedici qüvvəsinə baxmayaraq kimyəvi silah aşağı səmərəlilik göstərdi. 1928-ci ildə Cenevrədə hərbi əməlliytlarda digər zərərli və boğucu qazların istifadəsinin qadağan edilməsi barədə protokol imzalanmışdır. Qadağa kömək etmədi və II Dünya müharibəsi zamanı təcavüzkar Almaniya və Yaponiya inadla  müdafiə olunan partizanların gizləndikləri istehkamların təmizlənməsində kimyəvi silahı tətbiq etdilər. Kimyəvi silahdan daha sonrakı vaxtlarda da istifadə ediblər: Onu Vyetnam müharibəsi (1964-1973) zamanı hər iki tərəf istifadə etmişdir, eləcə də İran-iraq (1980-1988)  müharibəsi zamanı da istifadə olunmuşdur.

Sonuncu dəfə zəhərləyən maddələr, kimyəvi silahların hazırlanması, istehsalı, yığımı və kimyəvi silahların tətbiq edilməsi haqqında olan Konvensiyanın 1997-ci ildə qüvvəyə minməsi ilə qadağan edilmişdir. Kimyəvi silahın tam məhvi 2017-2019-cu illərdə gözlənillir.


Napalm

Napalmın sələfini , VII-ci əsrdə bizanslılar tərəfindən icad olunan  “yunan alovu”  adlandırılan yanacaq qarışığını hesab etmək olar.  “Yunan alovu” hətta suyun üzərində belə yanırdı. Napalm, 1942-ci ildə ABŞ da icad olunub və bu ölkənin ordusu tərəfindən İkinci Dünya müharibəsi vaxtı, Koreya müharibəsində (1950-1953) və daha geniş Vyetnam müharibəsi zamanı tətbiq olunmuşdur. Napalmı digər ölkələrdə tətbiq etmişdilər: İsrail, İraq, Argentina. Napalmın zərərli təsirini idarə etmək mümkün olmadığından ondan tez-tez dinc əhali əziyyət çəkirdi. 1980-ci ildə BMT “Odlu silahların tətbiqinin məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında Protokol”  qəbul edib.


Piyada əleyhinə minalar

Statistikaya görə, itkilərin ümumi sayının onuncu hissəsi minanın üzərinə düşür. Düzdür, istisnalar olurdu: Koreya müharibəsində (1950-1953) BMT qoşunlarının minalardan itkiləri 40%, Vyetnamda isə 60-70% təşkil etmişdir. Minaların çox böyük psixoloji təsiri var: heçbir əmr və ya hədə-qorxu əsgəri minalı əraziyə addım atmağı məcbur edə bilməzdi. Bu silah növünün insafsızlığı  həmdə ondan ibarətdir ki, döyüşün bitməsindən uzun illər keçəndən sonra belə dinc sakinlər onlarda parçalanmağa davam edirlər. 1997-ci ildə Ottavada piyada əleyhinə minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi barədə Konvensiya imzalanıb. Ottava konvensiyasının qərarına baxmayaraq, qadağa hər yerdə pozulur.


Kaset hərbi sursatlar

Bu silahın sələfini adi ov qırma tüfəngi saymaq olar. İdeyanın inkişafı artilleriya misketi sonra isə şarapnel olub.Almanlar ilk kaset bombalarını ,yüzlərlə kiçik bombalarla doldurulmuş vəziyyətdə 1939-cu ildə Polşa ordusunu vurmaq üçün istifadə etmişdilər. Ötən əsrin sonlarında kasset hərbi sursastları çox səmərəli olmuşdur ki, həmin vaxtın hərbi münaqişələri bunu sübut edir.

Partlayıcıların naqisliyinə  görə, heç də bütün kiçik bombalar partlamırdılar və faktiki olaraq  piyada əleyhinə olan minalara çevrilirdilər. Partlayıcıların mexanizmlərinin təkmilləşdirilməsinə baxmayaraq, bu silah qeyri-insani hesab edilmişdir.

2008-ci ildə Dublində kassetli sursatlarının  tətbiqi, ehtiyatının toplanması, istehsalı  və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi barədə Konvensiya imzalanıb. Yeri gəlmişkən, ABŞ, Rusiya, Çin kimi kassetli sursatların iri istehsalçıları  bu sazişi imzalamayıblar.


Bioloji silah

Ən qədim zamanlardan başlayaraq taun xəstəliyindən ölənlərin meyitlərini əsarətdə olan şəhərin müdafiəçiləri arasına tullayaraq epidemiya yaymaq istəyirdilər. Ən məşhur hadisə 1346-ci ildə Krımdakı Genuya qalasının monqollar tərəfindən  mühasirəyə alınması və sonra “Qara Ölüm” adlandırılan bombardman nəticəsində bir qədər əhalinin həyatını alması olmuşdur.

İkinci Dünya müharibəsi zamanı yaponlar bakterioloji silahdan istifadə etmişdilər, lakin cüzi nəticəyə nail olmuşdular: 1940-ci ildən 1945-ci ilədək dövrdə cəmi 700 nəfər.

Bu silah növünün böyük mənfi cəhəti var: Xəstəliyi törədən mikroblar demək olar ki, cilovlanmırlar və özləri və özgələr arasında fərq qoymurlar. Azadlığa çıxarkən heç bir fərq qoymadan bütün canlıları məhv edirlər. Bundan başqa, onlar mutasiya ola bilərlər və bu dəyişiklikləri proqnozlaşdırmaq çətindir. Bu, “ikitərəfli” silahı qadağan etmək qərarına gəlirlər. 1972-ci ildə Cenevrədə “bioloji silahların toplanması və işlənməsi, istehsalı və zəhərlərin qadağan olunması və onun məhv edilməsi haqqında Konvensiya” imzalanmışdır.

Silahlar heç bir konvensiyanı tanımayan terrorçular tərəfindən istifadə olunur. XX əsrdə planlaşdırılmış və törədilmiş onlarla bioterrakt faktı qeydə alınıb.Ən məşhuru isə 2001-ci ildə sibir xorasının mübahisələri ilə  məktubların göndərilməsidir.


İqlim silahı

Yuxarıda təsvir olunmuş bəşəriyyəti məhv edə biləcək növlərdən fərqli olaraq, bu silahlar  – hipotetik (yəni fərziyyəyə əsaslanan) sayılır. Hava və iqlimə, həm bütöv bir qitənin, həmdə ayrıca götürülmüş ərazinin süni təsiri nəzərdə tutulur.

Yeri gəlmişkən, tarixdə bu cür dəyişikliklərə bir neçə misal çəkmək olar. Ən məşhuru isə Amerika hərbçilərinin Vyetnam müharibəsi zamanı  yağışlar mövsümünü xeyli uzatmağı və onların intensivliyinin üç dəfə  artırılmasına  nail olduqları  “İspanaq”  əməliyyatıdır. Meşə yolları bataqlıq halına çevrilmişdir və düşmənin kommunikasiya sistemi pozulmuşdur. Həmçinin bu uzun illər ərzində təbii balansın ciddi şəkildə pozulmasına və bəzi heyvan növlərinin və bitkilərin həlak olmasına gətirib çıxarmışdır. Əməliyyatın dəhşətli maliyyə xərclərinin sərf olunmasına  baxmayaraq, real döyüş faydası elədə böyük deyildi.

Bu və digər təbiət üzərində baş tutan təcrübələr elə qənaətə gətirdi ki, ilk növbədə  birbaşa düşmən deyil, bütövlükdə bəşəriyyət  zərər çəkəcək.  1978-ci ildə  təbii mühitə təsir edə biləcək hərbi və ya hər hansı digər düşmən vəsaitlərindən istifadənin qadağan edilməsi barədə Konvensiya qüvvəyə minmişdir.

İndi ümumilikdə, hava şəraitinə fəal təsir göstərə bilmək üçün bir sıra dövlətlərdə aktiv işlər aparılır. Əksər hallarda demək olar ki, tədqiqatlar sırf dinc məqsədlərlə aparılır.