Dünyada Qəribə Hesab Edəcəyiniz, lakin Həqiqətən Mövcud Olan Toy Adətləri
Toya gəldikdə isə əməl edilməsi vacib olan çox sayda inanc və ənənələr vardır. İrqiniz və ya milliyətinizdən asılı olmadan bir və ya iki toy adətini əminik ki, çox qəribə və ya hətta qeyri-adi hesab edəcəksiz.
Zulu toyları
Dünyada çox gəlinlər kimi zulu gəlinləri də günə qərb üslubunda olan ağ gəlinlikdə başlaya bilərlər, lakin kilsədə toy olduqdan sona gəlinlik ənənəvi qəbilə paltarı ilə əvəz edilir. Ənənəvi mərasimdə bəyin ailəsi gəlini qarşılamaq üçün inək kəsir. Gəlin indi ailənin bir hissəsinə çevrildiyinin rəmzi olaraq inəyin qarnının içinə pul qoyur.
Hindistan toyları
Bu adət Hind toylarının tam mənzərəsini və ya adətlərini əks etdirmir. Hindistanın bəzi ərazilərində qadınlar heyvanlara ərə getməyə məcbur edilir. Nəyə görə? Ruhların müəyyən insanların bədənində məskunlaşa bilməsinə inanırlar. Süd dişi ilə doğulan və ya çox kifir, sifəti eybəcərləşdirilmiş qızların bədənlərində ruhların məskunlaşdığını zənn edirlər. Ruhları bədəndən qovmağın yeganə yolu qızın adətən keçi və ya it olmaqla heyvana ərə getməsidir.
Afrika toyları
Afrikanın bəzi yerlərində, xüsusilə, Mavritaniyada qadınlar ailə həyatı qurmaq üçün arzu edilən çəki və ölçünü əldə edənə kimi yemək yeməyə məcbur edilirlər. Dünyanın bu hissəsində onlar qadınların kök olmasını istəyirlər, qadın nə qədər kök olarsa bir o qədər yaxşıdır.
Malaziya toyları
Malaziyanın Səndəkanda yerləşən Sabah adlı ərazisində Tidonq cəmiyyətinin üzvləri yeni evlilərə 3 gün, 3 gecə vanna otağına getməyə icazə vermirlər.Bu ritualı yerinə yetirmək üçün cütlük ac qalır və onlara çox az su verilir. Bu çox əziyyətli bir adətdir.