“Marqarita” kokteylinin müəllif hüququna görə ən azı 3 adam mübarizə aparır. “Marqarita” tekila, portağal və limon şirəsinin qarışığından ibarətdir.
“Dayriki” kokteyli Ernest Heminqveyin hesabına əfsanəvi içkiyə çevrilmişdir, lakin içkinin resepti amerikalı dağ mühəndisi Cennings Koksa aiddir. Beləki, mühəndis Kubanın isti havasını lənətləyərk romu laym şirəsi ilə qarışdırır və üzərinə buz əlavə edir.
Ceyms Bondun kokteyli hesab olunan “Martiki Dray”-ın müəllifi indiyədək naməlumdur, lakin hər kəsə məlumdur ki, içki 20-ci əsrin əvvəllərində Nyu-Yorkda “Nikerboker” hotelində hazırlanmağa başlanmışdır. İçkinin tərkibi 10 ml quru vermut və 5 ml quru cindən ibarətdir.
1893-cü ildə Kubanın müstəqillik günündə amerikalı polis ofiseri “Bikardi” adlı kuba romunu koka-kola ilə qarışdırır və “Cuba Libre” adlı kokteyl alınır. Kokteylin adı həmin gün ən çox səslənən ifadədən mənbələnir: “Yaşasın Kuba!”.
“Mohito” kokteylini ilk dəfə 1930-cu ildə Kubada hazırlayıblar. Kokteyl ağ rom, soda,laym, nanə və qəhvəyi şəkərdən hazırlanır. İlk öncə nanə, laym və şəkər yaxşıca əzilir, sonra isə üzərinə buz, rom və soda əlavə edilir.
“Kosmopoliten” adlı kokteylin reseptini 1920-ci ildə Fransanın nüfuzlu otel və kurortlarında yaradıblar.
“Tekila Sanrayz” tekila, portağal şirəsi, və qranadindən (nar siropu) hazırlanır. Məhz qranadin koktelin dibinə çökərək “gün batan” effekti verir.
“Pina Kolada” Puerto-Rikoda kəşf olunub. Rom, kokos likörü və ananas şirəsindən hazırlanır. Baxmayaraq ki, içki həddindən artıq şirindir Karib adalarında böyük populyarlığa malikdir.
Dünyada ən məşhur kokteyl – “Qanlı Meri” kokteylidir. Bu kokteylin müəllifi Pit Petuadır. O, kokteylin resepti üzərində bir neçə il işləyib və nəticədə belə bir tərkibin alınmasına nail olub: limon şirəsi, vusters sousu, “Tabasko” sousu, tekila və ya araq.
“Screwdriver” kokteylinin vətəni ABŞ sayılır. İçkinin yaranma tarixi spirtli içkilərə qoyulan ciddi qadağalarla bağlıdır. Beləki, portağal şirəsi alkoqolun iyin örtən bir nömrəli vasitədir.