Söylədikləri sözlərlə, etdikləri sənətlə, yazdıqları romanlarla həyatımızın içində olan və olmağa davam edən bir çox məşhur şəxs var. Yazar, rəssam, inqilabçı, dövlət adamı, film qəhrəmanları və s… Xarakterimizi inkişaf etdirən, həyatımıza işıq tutan sözləri söyləyən şəxslərin ölmədən əvvəl söylədiyi son sözlər…
1. Adolf Hitler (1889-1945) Alman siyasətçi və dövlət xadimi.
“Cəsədimi Rusların əlinə əsla verməməlisiniz, məni Moskvada heykəl edərlər.”
2. Anton Çexov (1860-1904) Rus teatr yazıçısı.
“Uzun zamandır şampan içməmişdim.”
3. O. Henry (1862-1910) Çaşdırıcı sonluqları ilə məşhur olan, ABŞ-lı yazar.
“Yandırım işıqları. Evə qaranlıqda getmək istəmirəm. “
4. Che Guevara (1928-1967) Kuba inqilabının öndəri və sosialist inqilabçı.
“Bura məni öldürməyə gəldiyini bilirəm. Vur məni qorxaq! Yalnız bir adam öldürmüş olacaqsan. “
5. Friedrich Engels (1816-1895) 19-cu əsrdə Alman, siyasi filosof.
“Gedirəm!” (Otel otağında yazdığı məqalənin son sətrinə yazmışdır.)
6. Fatih Sultan Mehmet (II. Mehmet) (1432-1481) Osmanlı Dövlətinin, yeddinci padşahı.
“Həkimlər, mənə nə üçün qıydınız?”
7. Franz Cozef Haydn (1732-1809) Avstriyalı bəstəkar.
“Bu möhtəşəm hərb məni bitirdi.”
8. George Bernard Shaw (1856-1950) İrlandiyalı oyun yazıçısı və tənqidçi.
“Məni bir antikvar olaraq saxlamağa çalışırsan amma işim bitdi, öləcəyəm.” (Müalicəsini boynuna götürən tibb bacısına.)
9. Goethe (1749-1832) Alman oyun yazıçısı, şair, siyasətçi, elm adamı və filosof.
“Bir az daha işıq! .. (Mehr Licht!)”
10. Whitney Houston (1963-2012) ABŞlı, dünyanın ən çox mükafat alan qadın müğənnisi.
“İsanı görməyə gedirəm. İsanı görmək istəyirəm. “
11. Julius Sezar (e.ə. 100-e.ə. 44) Roma Respublikası diktatoru və yazar.
“Sən də mi Brutus?”
12. Ludwig van Beethoven (1770-1827) Alman, klassik musiqi bəstəkarı.
“Komediya bitdi.”
13. Marco Polo (1254-1324) İtalyan səyyah.
“Kimsə mənə inanmayacağı üçün, gördüklərimin yarısını belə danışmadım.”
14. Wolfgang Amadeus Mozart (1756-1791) Klassik Qərb Musiqisinin ən gözəl bəstəkarı.
“Ölümün dadı, dilimin ucundadır. Bu dünyadan olmayan bir şey hiss edirəm. “
15. Muammer Qəddafi (1942-2011) Rəsmi bir vəzifəsi olmadan 42 il ərzində Liviyanı idarə edən lider.
“Övladlarım mən sizin atanızam. Siz nəyin doğru nəyin səhv olduğunu bilmirsiniz. Bu etdiyiniz haramdır. Haram nədir bilirsiniz? ”
16. Oscar Wilde (1854-1900) İrlandiyalı oyun yazıçısı, şair və roman yazıçısı.
“Ya divar kağızı gedir ya da mən.”
17. Simón Bolívar (1783-1730) Cənubi Amerikalı inqilabçı öndər.
“Lənət olsun, bu labirintdən necə çıxacağam!”
18. Thomas More (1478-1535) İngilis yazar və dövlət xadimi.
“Qalxmağıma kömək edin, enərkən onsuz ki, yalnız qalacağam.” (Edam kürsüsünə çıxarkən cəllada söylədiyi son cümlə.)
19. Victor Hugo (1802-1885)
“Qara bir işıq görürəm.”
20. Vito Corleone The Godfather filmində, Corleone Mafiya Ailəsinin qurucusu və ilk donu.
“Həyat elə gözəldir ki …”