Kimi işığı kəşf edib, kimi də dünyanı gəzmişdir. Bəs, bu bildiyimizi sandığımız şeylər doğrudurmu? Hər kəsin bildiyi bəzi həqiqətlər vardır, amma dərinlərə endiyimiz zaman çoxunun səhv olduğunun fərqinə varırıq. Bu postumuzda sizlər üçün dünya tərəfindən məşhur doqquz insan haqqında bildiyimiz 9 yanlışı və bu yanlışların doğrularını sıralamışıq.

Qeyd: Fotoların Üstündəki məlumatlar bizim bildiyimiz, aşağıdakılar isə həqiqətlərdir.

1. Mickey Mousenin ilk şəklini Walt Disney çəkmişdir.

Sanılanın əksinə ilk şəkili Walt Disney şirkətindəki baş Animator Ub Iwerks çəkmişdir.


2. Vincent van Gogh öz qulağını kəsmişdir.

Əslində yalnız qulaq məməsini kəsmişdir.


3. Napoleon Bonapart çox qısa boyludur.

Fransız imperatoru, sanılanın əksinə 1.70 sm idi ki, bu da indiki vaxtda cəmiyyətimiz üçün normal boy olaraq qəbul edilməkdədir.


4. Motsart, Salieri qısqanırdı.

Xeyr. Salieri orkestr şefi idi və Mozartla müqayisədə daha müvəffəqiyyətli bir musiqiçi idi.


5. Ferdinant Magellan Dünyanın ətrafını gəzən ilk insandır.

Magellan, yalnız yolun yarısını gedə bilmiş bir dənizçi idi. Çünki səfər əsnasında ölmüşdü.


6. Cleopatra misirlidir.

Misiri idarə edən və Sezar ilə evlənən Cleopatra’nın ataları Yunanlıdır.


7. Eynşteyn məktəbdə müvəffəqiyyətsiz bir şagird idi.

Eşidə biləcəyiniz ən böyük səhv məlumat budur. Eynşteyn fənn dərslərində olduqca müvəffəqiyyətli bir şagird idi.


8. Tomas Edison işığı icad etmişdir.

Tomas Edison, yalnız işığın uzun müddət və nizamlı olaraq yanıq qalmasını kəşf etmişdir.


9. Isaac Nyuton cazibə qanunu başına düşən bir alma sayəsində tapmışdır.

Alma başına düşməmişdi. Sadəcə olaraq yanına düşən bir almanı müşahidə edərək cazibə qüvvəsini daha yaxşı qavramışdır.