Təkcə bizim elin deyil, bütün ellərin toy kimi gözəl adəti var. Bu adət xoşbəxtliyin və incəsənətin vəhdətidir. Hər dövrün özünəməxsus geyim tərzi olduğu kimi, toy tərzi də var. İllər ərzində bu dəbin yaranmasında, formalaşmasında kral ailələrinin, məşhurların böyük rolu olmuşdur. Onların toy mərasimləri, gəlinlikləri diqqət mərkəzində saxlanılmaqla başqaları üçün nümunə sayılmışdır. Şəkillərdə gördüyünüz toylar dəb, stil baxımından digərlərini qabaqlayaraq dünya tarixində ikon hesab edilir.