1. Pepsi
![](http://imageshack.com/a/img912/2277/drdE0J.jpg)
Markanın adı həzmi asanlaşdırıcı ferment olan, “Pepsin” dən ilhamlanaraq, qoyulmuşdur.
2. Lego
![](http://imageshack.com/a/img538/6599/0wuiO5.jpg)
Danimarka mənşəli markanın adı, “Legt godt” sözlərindən yaranmışdır, mənası isə “yaxşı oyna” deməkdir. Latıncada mənası isə “birləşdirirəm” deməkdir.
3. Intel
![](http://imageshack.com/a/img537/452/cXO26y.jpg)
Texnologiya nəhəngi Intel isə adını, “Integrated Electronics” ın qısaltmasından almışdır.
4. Coca Cola
![](http://imageshack.com/a/img913/1953/Moy8Da.jpg)
İçki sektorunun qabaqcıllarından Coca Cola isə adını; “Coca” yarpaqları və “kola” fıstığından hazırlandığı üçün bu sözlərdən götürmüşdür. Daha sonra logonun daha yaxşı görünməsi üçün, şirkətin qurucusu “k” hərfini “c” ilə əvəz etmişdir.
5. Adobe
![](http://imageshack.com/a/img661/2304/Wr5jyi.jpg)
Şirkət adını, qurucusu John Warnock’un, evinin arxasındakı Adobe kəndindən alır.
6. Adidas
![](http://imagizer.imageshack.us/a/img661/4171/dvkS1C.jpg)
Şirkətin adı Adidas’ın qurucusu; Adolf Dassler’in ləqəbi “Adi” və soyadının ilk üç hərfindən meydana gəlmişdir.
7. Google
![](http://imageshack.com/a/img673/8848/ow9it6.png)
“Googol”, 1 və onun ardından 100 sıfır gəlməsindən ibarət olan, riyazi anlayışdır.
8. Suzuki
![](http://imageshack.com/a/img540/2527/J6YUWM.jpg)
1961-ci ildən bəri istifadə edilən emblem, Gözəl Sənətlər Akademiyası şagirdlərindən, 300 adamın iştirakı etdiyi yüzlərlə “S” hərfinin arasından seçilmiş bir yarışmanın birincisidir.
9. Subaru
![](http://imageshack.com/a/img540/3606/gjJpSH.jpg)
Subaru markası, 6 Yapon avtomobil istehsalçısının birləşməsi ilə ortaya çıxmışdır. Emblemin içindəki 6 ulduz, onlara işarə edir.
10. Seat
![](http://imageshack.com/a/img673/353/euefgg.jpg)
1990-cı illərin əvvəllərindən bəri VW ilə birlikdə hərəkət edən Seat; qabaqcıllığı, dinamikanı və prestiji işarələyən böyük “S” hərfini logo olaraq istifadə edir.
11. Peugeot
![](http://imageshack.com/a/img540/4663/mWhBjh.jpg)
Bazara girdiyi ilk illərdə; mişar və mişar lövhələri istehsal edən bir firmadır. Amma sonralar avtomobil sektoruna keçincə eyni ad və marka ilə mişar qədər güclü və təhlükəli olduğunu izah etməyə çalışır.
12. Porsche
![](http://imageshack.com/a/img907/5779/H2eV4k.jpg)
Emblemdəki qara at, Almaniyanın Stuttgart şəhərinin gerbindən, buynuz və qara-qırmızı xəttlər isə Württemberg’in gerbindən ilhamlanaraq logoya əlavə olunmuşdur.
13. Volkswagen
![](http://imageshack.com/a/img912/1402/uvzTrW.jpg)
1948-ci ildən bəri istifadə edilən VW emblemi, Porsche mühəndisi tərəfindən hazırlanmışdır.
14. Vodafone
![](http://imageshack.com/a/img540/9940/hKgVVS.jpg)
İngilis mənşəli firma, 3 sözün qısaltmalarından meydana gətirdiyi adı istifadə edir. Bu sözlər; voice, data və Telephone’dur.
15. Opel
![](http://imageshack.com/a/img538/7251/tkKE3K.jpg)
İlk çıxdığı illərdə yalnız tikiş maşını istehsal edən firma, 1899-ci ildən etibarən avtomobil sektorundadır. Emblemdəki təkər etibarı, şimşək isə sürəti təmsil edir.
16. Nissan
![](http://imageshack.com/a/img905/1803/m40zQV.jpg)
Logoda Nissan yazısı xüsusilə dairə içinə alınmışdır, bu markanın etibarlılığını və qlobal baxımdan məhşurluğunu ifadə edir.
17. Starbucks Coffee
![](http://imageshack.com/a/img538/3057/rCfdBJ.png)
Marka adını Herman Melville’nin məşhur romanı Moby-Dick’dəki, ‘STARBUCK’ adlı qəhrəmandan götürmüşdür.
18. Mercedes-Benz
![](http://imageshack.com/a/img673/3460/GQS1i6.png)
Daimler Chrysler ilə birlikdə çalışıb ortaya şəhanə bir avtomobil çıxaran, Carl Benz avtomobilə çox sevdiyi və tək uşağı olan qızı Mercedes-Benz ‘in adını qoymuşdur. Emblemdəki ulduz isə markanın hava, quru və sudakı gücünü işarələyir.
19. Sony
![](http://imageshack.com/a/img905/2747/SeCV41.jpg)
Latıncada “sonus” yəni səs və İngiliscədə “sonny” yəni övlad mənasını verən sözlərin birləşməsindən ortaya çıxmışdır.
20. Ford
![](http://imageshack.com/a/img911/9006/dNYGph.png)
Keçmişi xatırladan yazılış şəkliylə Ford, 1903-ci ildən bəri avtomobil sektorundadır. Adını qurucusu Henry Fordun soyadından alır.
21. Citroen
![](http://imageshack.com/a/img911/2364/gVCBIC.jpg)
1919-cu ildə avtomobil sektoruna daxil olan Fransızlar, daha əvvəl eyni marka və logo ilə dişli çarx istehsal edirdilər. Avtomobil istehsalına keçdikdən sonra da, bu emblemi istifadə etməyə davam etdilər.
22. Nokia
![](http://imageshack.com/a/img537/2572/8OEYMk.jpg)
Fin mənşəli marka, adını Finlandiyanın Nokia şəhərindən alır.
23. Nike
![](http://imageshack.com/a/img537/5202/Z2W9oH.jpg)
Bu logonu, Carolyn Davidson 1971-ci ildə Portland Universitetində, qrafik dizayn şagirdi ikən, 35 Dollara hazırlamışdır.
24. BMW
![](http://imageshack.com/a/img661/7279/Qu9Guz.jpg)
Mavi və ağ rənglər Almaniyanın, Bavyera əyalətini işarə edir. 1929-ci ildən etibarən, motor və təyyarə istehsal edən BMW, emblemdə dairə içində bir pərvanə istifadə etməyi qərara almışdır. Avtomobil sektoruna keçdikdən sonra da eyni logonu istifadə etməyə davam edir.
25. Audi
![](http://imageshack.com/a/img540/5779/0dQQh9.jpg)
Emblemdəki 4 üzüyün iç içə keçmiş halı, ittifaq quran 4 firmanı işarələyir. Köhnə idarəçilərindən olan, mühəndis August Horch isə firmaya adını verən şəxsdir.
26. Amazon
![](http://imageshack.com/a/img537/1860/heT486.jpg)
Saytın əlifba sırasına görə ən önlərdə çıxmasını təmin etmək üçün, Jeff Bezos lüğətdə “a” hərfi ilə əlaqədar gözəl bir söz axtararkən, dünyanın ən böyük çayı “Amazon”a qərar verir. Logodakı “a” nın altından “z” yə qədər uzanan ox isə; “a” dan “z” yə qədər hər şeyin var olduğuna işarə edir.