Adət halını almış Günəş çıxanda yatmağım bu səfər mənə Günəşin çıxdığını yox, gəldiyini öyrətdi. Yatmağa getməmişdən qəbaq evimin pəncərəsindən baxır və çox uzaq yerlərin səmasının artıq qırmızı rəng olduğunu görürəm. Bu an içimdə deyirəm “həmin səmanın altında gündüz var və orada səhərdir”. Bəs mən qaranlıqda durub səhər olan bir yeri görürəmsə dünya nə qədər əyridir\kürədir. Bunu Yerin kürə formasında olduğunu üçün soruşmaq məcburiyyətindəyəm.
Yer kürə formasındadırmı? Heç bir insan bunun fərqinə vara bilməz. Biz belə öyrədilib. Baxsan da görə bilməzsən. Görsən belə o gözün yanılsamasıdır, amma bu təsdiqini tapmış teoriyanı inkar etmək üçün bir neçə şey edə bilərsiniz. Smart telefonunuza İSS Online proqramını (bu proqram peyk vasitəsilə dünyanın görüntüsünü canlı olaraq göstərir) yükləyin və sizə təqdim olan görüntülərin zövqünü yaşayın. Bununla yanaşı açıq fəzada ikinci bir peykin olmadığının şahidi olun (kosmosa minlərlə peyk göndərildiyi halda). Yaxud NASA-nın rəsmi facebook səhifəsi. Gün ərzində dəfələrlə YER KÜRƏSİNİN şəkillərini paylaşırlar. Kürələrdə miqyasın eyni olmasına baxmayaraq Amerika qitəsi ölçüsün heç cürə tutuzdura bilmir. Ya bir hissə tamamilə Kanada olur, ya da onun yerinə Şimali Amerikanın sığışdırmağa çalışırlar.
Mənə daha maraqlı olan isə, Günəşi gördüyüm halda hələ də qaranlıqda olmağımdır. Əgər günəş deyilən qədər böyük və güclüdürsə mənim olduğum yeri işıqlandırmalıdır. Bəlkə günəş deyilən qədər böyük və güclü deyil? Hətta deyən qədər uzaqda da deyil bəlkə?
Dünya necə kürə kimi görünə bilər?
Reedbull atlayışı, 128.000 feet yüksəklikdən tullanan Felix Baumgartner. Bəli, dünya necə də yuvarlaqdır. Yerin tam bir kürə halında görünməsinə baxmayaraq biz burada tam bir qitə yerinə yalnızca New Mexikonu görürük. Bir yarımkürə yalınızca New Mexikodanmı ibarətdir? Bu tamamilə yalandır. Hətta mənə görə Felixin atlayışı da yalandır. Yaxud mən həm Felixi həm də onunla birlikdə oradan Yerə kimi atlayan kameramanı təbrik edirəm.
Biz Greason xəritəsini kürənin açılmış halı sansaq da bu əslində “Azimuthal Equidistant” xəritəsinin oxşarıdır. Bu isə əslində Düz Dünya xəritəsidir. Təqdim olunan düz dünya xəritəsi Birləşmiş Dövlətlər Geologiya Araşdırma Mərkəzinin rəsmi xəritəsidir, həm də bu xəritə Birləşmiş Millətlər Təşkilatının loqosunda əks olunub. Coğrafi dərsliklərdə verilən Kürə və xəritələr isə “Azimuthal Equidistant” xəritəsinin kürəyə uyğunlaşdırılmış, hərəkət etdirilmiş və təhrifə məruz qalmış halıdır.
Hər səhər eyvanımın pəncərəsindən gördüyüm Günəş isə mənə doğru gəlir. Nə mən fırlanıb onun şəfəqinin altına girirəm, nə də o sabit qalıb. O yuxarıdakı şəkil kimi, bəlkə biraz ondan fərqli bəlkə biraz onun kimi, hərəkət edir. Kürədə olsaydıq fırlanardıq və durduğumuz nöqtəyə görə Günəş bizə batırmış kimi görünərdi. Bəs o zaman 23,5 dərəcə aşımın olduğu bu kürədə necə olur ki, Günəş hər yerdə eyni cür qürub edir? Əslində isə günəş sadəcə uzaqlaşır və bizim görüş məsafəmizdən uzaqlaşır. Əgər açıq ərazidə müşahidə etsəniz günəşin batdığını yox uzaqlaşdığını asanlıqla görə bilərsiniz. Kameranı sabit tutun və ya özünüz sabit dayanın. Icazə verin özünüzdə dayanan adam sizdən uzaqlaşsın.
Bu dəniz üçün də eynidir. Şablona çevrilmiş “Bizə doğru gələn gəminin üfüqdə ilk öncə yelkəni görünür” cümləsi tamamilə yanlışdır. Gəmilər bizdən uzaqlaşarkən kürənin arxasına keçmirlər. Sadəcə görüş məsafəmizin uzağına gedirlər. Əgər keyfiyyətli bir kamera ilə üfüq adlanan həmin hissəni yaxınlaşdırsanız o gəminin hələ də orada olduğunu görəcəksiniz.
Əgər coğrafiya kitablarında deyilən Yer kürəsi həqiqətən doğrudursa, əgər bu alimlərin, səyyahların, geoloqların gəldiyi qənaət doğrudursa onda, mənə demirəm özünüzə, bir onların təklif etdiyi dünya modelinə bənzəyən qlobus tapın. Tapa bilməzsiniz. Çünki onlar özləri belə qarışdırıblar hər şeyə. 23,5 dərəcə çevrilmiş, qütblərdən basıq, bir qədər yumurtaya bənzəyir, planetin şimalında böyük bir çıxıntısı belə var dedilər. Əgər bir yazıçı metobolojik bir heyvan təsvir etməyə çalışsa anlaya bilərəm, amma bunu heç vaxt. Buna görə də dedikləri cür bir qlobus yarada bilməyiblər.
Bu isə Corc Buşun NASA-nı ziyarəti. Arxada, ortadakı ekranda chromakey önündə çəkiliş gedir. Guya o hansısa kosmik stansiyadadır, əlindəki yaşıl topu çəkisizlik şəraitində necə süzdürdüyünü göstərir. O, sözdə kosmik stansiyada olan astronom Tim Peake-dir. Yaşıl top isə cazibəsizlikdə səthi-gərilmə ilə kürə forması alan su damlası rolunu oynayacaq. Bu səhnə artıq efirə gedib.
Bələliklə dünya çox sadədir. Ən azında öyrəndiyiniz o qədər lazımsız məlumatı ata bilərsiz. Onsuzda sizə heç vaxt lazım olmayacaqdı. Bilirəm, bəlkə bir gün NASAda işə düzəlmək ümidi ilə hələ də unutmaq istəmirsiniz o məlumatları. Insanların yetmiş faizi mənfi rəqəmləri toplayıb çıxmaqda çətinlik çəkir, çünki beyin bunu qəbul etmir, çünki Yer üzündə mənfi deyə bir şey yoxdur.
Günorta vaxtı Günəşə baxın. Başınızın üstündə olarkən. Günəş zenitdə olduğu zaman. Tam başınızın üstündə olduğu zaman. Başınızı qaldırıb ona baxın. Necə də böyük görünür. Necə də parlaqdır. Amma kürə dünya modelinin dediyi kimi irəliləyək. Və Günəşin batmasını izləyək. O çox balaca görünür. Və bizə o parlaq işıqları çatmır. əgər açıqlıq bir yerdən izləyirsinizsə siz günəşin itdiyini qaranlığın düşməsi ilə görəcəksiz. Buna Kürə dünya modelində açıqlama yoxdur. Əgər Günəş başınızın üstündə ikən 10 , qürub edərkən 3 santimetr görünürsə, ki bu təxmini 200 km uzaqlıqda baş verir, o zaman 149 milyon kilometr uzaqlıqda olan Günəş həqiqətən hansı böyüklükdədir? Axı dünyanın özü 1 gün ərzində hərəkət etmir. Günəşdən uzaqlaşmır yaxud Günəşə yaxınlaşmır. Sadəcə öz ətrafında dövr edir. Kürə dünya nəzəriyyəsi sarsılır. Günəşin bizdən 149 milyon kilometr uzaqda olduğunu 3-cü əsrdə yaşayan Eretosfen demişdi. Və biz hələ də onun dediklərinə uyğun araşdırma aparırırq.
Beləliklə, Dünya düzdür. Günəş düz dünyanın üstündə çevrə çəkərək hərəkət edir.
Əgər yer kürə yox düz formadadırsa bura Quranın göstərdiyi dünya ilə eynidir. Kürə formada olduqda isə Quranın uyğunlaşmadığını görürük. Göyün tavanının\qübbəsinin olması və ulduzların tutulub saxlanılmağı. İncildən bir sitat “Yaradılış 6-8. Tanrı Göy qübbəni yaratdı. Qübbənin altındakı suları üstdəki sulardan ayırdı. Qübbəyə Səma adını verdi.” Digəri isə Qurandan “Şəms 6. Yerə və onu yayıb döşəyənə and olsun.”
Bəs atmosfer?
Yer kürəsinin atmosferi hissələrdən ibarət idi. Növbəti hissə isə kosmos. Açıq fəza, amma düz dünya bunu dəstəkləmir. Düz dünya göyün qübbə olduğunu qəbul edir. Bir çox dini kitablar da bu qübbədən bəhs edir. Ətraflı aşağıdan oxuya bilərsiniz.
Beləliklə dünya qapali bir sistemdən ibarətdir. Ekoloji sistemdir. Kiçik yox, böyük yox, nəhəng ekoloji sistem.
Hazırladı: Ramin Ağaquliyev