PricewaterhouseCooper-in araşdırmalarına görə “Qarşıdakı 10 il ərzində hazırda güclü iqtisadi struktura malik ölkələrin iqtisadiyyatı geriləyəcək, sosial gərginlik və ya borc problemlərini iqtisadiyyatı güclənməkdə olan ölkələr həll edəcək”-deyə La Repubblica qəzeti yazır.

“20 ildən sonra ən varlı ölkə Çin olacaq. Bu Çinin ümumdaxili məhsulun müəyyən edilməsi üsullarından biri olan alıcılıq qabilliyyəti hesabına mümkün olacaq. Dünyanın hazırki “sahib”ləri, Birləşmiş Ştatlar çox güman ki, liderliyini itirəcək, lakin ikinci yeri tutmağa müvəffəq olacaq. Bu vəziyyət ən az 2050-ci ilədək davam edəcək, deyə PricewaterhouseCooper-in (PwC) makro-iqtisadi araşdırmalarında bildirilir.

Ehtimal olunur ki, 20 ildən sonra Braziliya, Rusiyaya üstün gələ bilməsə də, Almaniyanı qabaqlayaraq 6-cı yerdə qərarlaşacaq. Meksika Böyük Britaniya və Fransanı, İndoneziya və Türkiyə isə İtaliyanı geridə qoyacaq. Hindistan isə indiki kimi 3-cü yerdə olacaq: öz mövqeyini 2050-ci ilədək qoruyub saxlayacaq. Yaponiya 4-cülük yerini heç kimə verməsə də, 40 ildən sonra bir addım geriləyəcək.

Bununla yanaşı bütün dünya qlobal istiləşmənin faktorlarından asılı olacaq. İqlim dəyişkənliyinin fəsadları yaxın 40 ildə artacaq.