“Aşağı ixtisas dərəcəsinə sahib insanlar səhv nəticələr çıxarır və uğursuz qərarlar verir, bununla belə aşağı ixtisas dərəcəsinə malik olduqlarından səhvlərini dərk etmək iqtidarında deyillər”
Daninq-Krüger effektinə görə zəif savadlı insanlar səhv nəticələrə gələrək, zəif savadlarına görə öz səhv nəticələri doğru kimi qəbul edir. Bu da onların özləri haqqda şişirdilmiş fikirdə olmaqlarına səbəb olur. Əsl yüksək savadlı insanlar isə öz güclərinə inanmır və özləri haqqda olduğundan daha aşağı fikirdə olurlar. Bununla da, zəif savadlı insanlar özləri haqqda daha yüksək fikirdə, yüksək savadlı insanlar isə öz gücləri haqqda aşağı fikirdə olurlar və cəmiyyətdəki digər insanların da onlar haqqda aşağı fikirdə olduğunu düşünürlər.
Sözügedən fenomen barədə hipotez ilk olaraq 1999-cu ildə Çarlz Darvin və Bertran Rasselə əsaslanan Justin Kruger və David Dunning tərəfindən irəli sürülüb.
Onlar irəli sürdükləri iddianı sübut etmək məqsədilə tələbələrin iştirakı ilə bir sıra eksperimentlər həyata keçirir. Bütün bu araşdırmaların nəticəsi olaraq isə aşağı dərəcədə qabiliyyətli və ixtisaslı insanların xarakter nümunələrini ümumiləşdirmişlər:
1. Onlar öz bacarıqlarını yüksək qiymətləndirir;
2. Onlar digər insanların həqiqi yüksək qabiliyyətini ədalətli şəkildə qiymətləndirmək bacarığına sahib deyillər.
3. Özlərinin bacarıqsızlıq dərəcələrini dərk etməyə qadir deyillər;
4. Bu növ insanlar öz bacarıqlarını yüksəldə bildikləri halda keçmiş bacarıqsızlığını dərk etmək xüsusiyyətinə sahib olurlar.
İrəli sürülmüş iddianı sübut edən eksperimentin nəticələri 1999-cu ilin dekabrında İngiltərənin Journal of Personality and Social Psychology nəşrində dərc edilmişdir.