Bir çoxumuz kimi, Dostoyevski də diqqəti dağıldığı zaman dəftərlərinə təsadüfi bir şeylər qaralamağı sevirdi: şəkillər, eskizlər, praktik qeydlər, təsadüfi işarələr, nəşriyyat xərclərinə dair hesablamalar, ancaq Dostoyevskinin qaralamaları yazarın əllərini və zehnini əyləndirməkdən daha çoxuna yarayırdı. Bu rəsmlər, Dostoyevskinin ədəbi yaradıcılığının ayrılmaz bir parçası idi.
Raskolnikov, Cinayət və Cəza
İncəliklə kölgələndirilmiş təsir edici çöhrələr və detallarıyla təsvir edilmiş rəsmlər, yazarın geridə buraxdığı müxtəlif dəftərlərində tapılmışdır. Dostoyevski mütəxəssisi Konstantin Barsht, “Yaradıcı düşünmə müddətində yazmağı və ya qeydlər etməyi sevmirdi,” deyir. Buna qarşılıq, yazar, romanlarında “məna və sözlərin dəyərini, vizual obrazlar üzərindən izah etməyə çalışırdı.” Barsht, bunu “yazara xas bir iş üsulu” deyə adlandırır.
Raskolnikov və Svidrigailov, Cinayət və Cəza
Dostoyevski, 1865-ci ildə, bu günə qədər ən çox oxunacaq romanı Cinayət və Cəzanı yazmağa başladığı zaman, romanının baş qəhrəmanı Raskolnikov ilə bənzər vəziyyətdə idi. Sərvətini qumarda itirərək həddindən artıq yoxsulluğa düşməsinin ardından tamamilə çarəsiz qalmışdı. Romanıyla daha geniş bir kütləyə çatmağı bacarmış, hətta oxucuları tərəfindən dövrün ən gözəl yazarları Tolstoy və Turgenyev ilə bir tutulurdu. Ancaq bu şöhrət yazıçını pul çətinliyindən xilas edə bilməmişdi.