Hər bir qadının ömür boyu ən azı bir dəfə istifadə etdiyi dodaq boyaları haqqında nə qədər bilirik? Bu postumuzda sizi dodaq boyaları haqqında maraqlı məlumatlarla tanış edirik.
Bir qadın ömür boyu makiyaja təxminən 15.000$ pul xərcləyir. Bu məbləğin 1780$ isə dodaq boyasının payına düşür.
İlk dəfə qalıcı dodaq boyası Hazel Bishop adlı qadın tərəfindən hazırlanıb. Bu dodaq boyası öpüşədavamlı idi, sloqanı isə belə idi: “Sizdə qalır, onda yox”.
Dünyanın ən bahalı dodaq boyası Guerlianın KissKiss Gold and Diamonds dodaq boyasıdır və 62.000 dollara satılır. Bu dodaq boyasının qabı 18k olan 110 qram qızıl və 119 brilyantla hazırlanmışdır. Bir məqamı da qeyd edək ki, adi qablaşdırmalı KissKiss dodaq boyasının qiyməti cəmi 34$ olur.
Qədim Misirdə həm kişilər, həm də qadınlar dodaq boyasından istifadə edirdilər. Onların sevimli rəngləri tünd göy, narıncı və qırmızı idi.
Qədim Yunanıstanda isə dodaq boyası fərqli məqsədlə istifadə olunurdu. Belə ki, dodaq boyasını fahişələr istifadə edirdi. Qanuna görə fahişələr evdən dodaq boyasız çıxa bilməzdilər, bu insanları aldatmaq sayılırdı.
Dodaq boyasının hazırlanmasında zəhərli maddələrlə yanaşı, heyvan yağı, qoyun təri və öküz iliyi də istifadə olunurdu. Bəs sizcə tərkib illər boyu eyni qaldımı? İndiki dövrdə də dodaq boyalarına parlaqlıq vermək üçün isə balıqdan istifadə edilir.
Mançester Universitetinin araşdırmalarına görə, kişilər qırmızı dodaq boyasına boyasız dodaqlardan daha çox diqqət edirlər. Onlar qırmızı dodaq boyasına 7.7 saniyə, 6.7 saniyə çəhrayı dodaq boyasına baxdıqları halda, boyasız dodaqlara 2.2 saniyə baxırlar.
Dodaq boyası insan əhvalını yaxşıya doğru dəyişə bilir, 1500-cü illərdə İngiltərə əhalisi dodaq boyasının möcüzəli gücünə inanırdı. Kraliça Elizabethin dodaq boyasının yaxşılaşdırıcı təsirinə inandığı və xəstə olarkən kosmetikadan daha çox istifadə etdiyi deyilir.
29 iyul dünyada “Dodaq boyası günü” kimi qeyd olunur.
Xanımlar, sizə yaraşan dodaq boyasından istifadə edib, hər zaman şarmlı görünməyi arzu edirik!