Divya Anatharaman taksidermiyaya olan mübtəlalığını dəbə çevirib. O, ayaqqabı kolleksiyası yaratmağa başlayıb.
The Daily Mail bildirir ki, bunun üçün o, quşları, gəmiriciləri, hətta maralları öldürür, sonra isə onlardan ayaqqabılar, heykəllər, aksesuarlar yaradır. Məsələn onun hazırladığı ayaqqabılardan biri kristaldan, metal əlavələrdən və… əsl sərçədən hazırlanıb.
Belə dəhşətli aksessuar və ayaqqabıların qiyməti isə 2500-3000 dollar arasında olur.