İnsanlar bir-birlərindən fərqli xüsusiyyətlərə sahibdirlər. Bəzən davranış formamız və ya dediyimiz sözlər insanları kədərləndirə və ya bizdən uzaqlaşdra bilər. Siz xarakterinizin bütün xüsusiyyətlərini sevirsinizmi? Dəyişdirmək istədiyiniz bəzi xüsusiyyətlər ola bilər. Bizim üçün müsbət görünən xüsusiyyətlər başqaları üçün qorxuducu gələ bilər. Başqa insanlarını gözünü qorxudacaq xüsusiyyətlər.
1. Dürüstsünüz.
Dürüstlik insanların ən gözə batan xüsusiyyətlərindən biridir, amma bəzi vəziyyətlərdə dürüst olmaq qarşınızdakı insanı incidə bilər. Yenə də belə bir vəziyyətdə həqiqəti demək istəyirsinizsə, acımasızcasına dürüstsünüz, deməli.
2. Havadan-sudan danışmağı sevmirsinizsə
İnsanlarda hava haqqında və ya həftə sonlarının necə keçdiyi haqqında söhbətlər etmək xoşunuza gəlmir. Bu növ əlaqə sizə gərəksiz gəlirsə, bunun yerinə birbaşa mövzuya keçirsinizsə, insanların gözündə soyuq biri olaraq görünə bilərsiniz.
3. Cəhalətə qarşı toleransınız yoxdursa
Siz açıq fikirli və yeni şeyləri öyrənməyi sevən biri ola bilərsiniz, amma bu hər kəsin sizin kimi ola bilməsi demək deyil, çünki belə bir gözlənti içində girmək, kiminsə məlumatı olmadığı bir mövzu haqqında danışmağını gözləmək əsəblərinizi poza bilər. Daha da pisi əsəblərinizi sakitləşdirə bilməyib, buna reaksiya göstərsəniz, ətraf mühit sizi xoş qarşılamayacaq.
4. Şikayət edən insanlara əsəbləşirsinizsə
Siz hər hansısa bir şey üçün bəhanə gətirmirsiniz. Bu səbəblə həmişə bəhanə uyduran və şikayət edən insanlara dözümünüz yoxdur. Başqalarının da sizin kimi davranmasını gözləyirsiniz. Qarşınızdakı insandan da bunu gözləyirsiniz. Buna görə də ətrafdan baxıldığında, emosiyasız, sadəcə nəticəyə fokuslanan biri kimi qəbul edilə bilərsiniz.
5. Açıq fikirlisinizsə
Tamamilə müsbət olan bəzi xüsusiyyətləriniz də insanların gözünü qorxuda bilər. Yeni şeyləri sınamaq və öyrənmək, bəzi insanlardan fərqli olaraq sizi narahat etmir, amma digər insanlar üçün yeni şeylər sınamaq onları konfort zonalarından çıxarmağa məcbur etdiyi üçün yeni fikirlərə açıq deyillər.
6. Çox istəkli və qərarlı birisinizsə
Bir şey etməyə qərarlısınızsa, başqalarının dediklərinin və istəklərinin sizin üçün bir önəmi olmur. Nə olursa, olsun qərar verdiyiniz şeyi edəcəksiniz. Başqalarının fikirlərini nəzərə almadığınız üçün bu, onların sizdən çəkinmələrinə səbəb olacaq.
7. Verdiyiniz sözləri tutursunuzsa
Verilən sözləri tutmaq bacarıq tələb edir. Hər kəs bunu edə bilməz, ancaq sizin verdiyiniz sözləri tutmağınız, onların özlərini sizin yanınızda daha gücsüz hiss etmələrinə səbəb ola bilər.