Çoxumuzun bildiyi kimi məhşur aktyor Leonardo di Caprio həm də ətraf aləmin və təbiətin aktiv mühafizəçisidir. BMT-nin xoşməramlı səfiri, nəsli kəsilməkdə olan heyvanların mühafizəçisi, xəstəliklər və yoxsulluqla mübarizə aparan qurumların dəstəkçisi olan bu gözəl insandan həyata aid məsləhətlərə baxaq:
- Xarakterini möhkəmləndirdiyi üçün həyatda çətinliklərə minnətdar olmalısan
- Mən başa düşürəm ki, tarixin gedişini dəyişə bilmirəm. Sadəcə rolumu ifa edirəm və buna görə qonorar alıram. Ümumiyyətlə, biz aktyorlar klounlara bənzəyirik. İşimizi görür və buna görə pul alırıq.
- Arabir ətrafına bax və sənin uğurlarına sevinməyənlərə nəzər sal.
- Düzünü demək lazımdırsa, karyeram boyu “Oskar” mükafatı haqqında düşünməmişəm. Mükafatlar mənim motivasiya mənbəyim deyil. Mən dahi insanlarla işləməyi sevirəm və bununla fəxr edirəm.
- Yalnız sən özün üçün nəyi isə dəyişə bilərsən. Əgər səndə alınmırsa, günahı başqalarında və ya olduğun vəziyyətdə görmə.
- Əgər sənin sevdiyin bir işin varsa və sən işləməkdən zövq alırsansa, digərlərindən çox öndəsən.
- Bilirsiz mən “Qetsbi” rolunda oynayarkən nəyi öyrəndim? Səbr etməyi. Mən bizim hamımızın buna ehtiyacı var. Səbr etməyə və ümidə…
- Dəblə ayaqlaşan insanlardan deyiləm. Mənim ideologiyam var.
- Qardaşlar həmişə hər hansı bir məsələ haqqında danışmaya da bilərlər. Onlar sadəcə eyni otaqda ola və özlərini rahat hiss edə bilərlər.
- Aktyor olmağın digər üstünlüyü də ondadır ki, sən mütəmadi olaraq “dəyişə” bilərsən və buna görə sənə pul ödəyirlər. Mən artıq kim olduğumu unutmuşam. Zaman keçdikcə mən də dəyişirəm.
- Əgər sən əlindən gələn hər şeyi etmisənsə, narahat olmağa dəyməz. Narahatçılıq heç bir şeyi dəyişməyəcək.
- Həyatda bir məqsədin yoxdursa, məqsədi olanlar üçün işləməyə məcbursan.