Depressiyaya girməmiş insan, depressiyadakı bir insanın halını anlaya bilərmi?
Әgər həmin insan psixoloq deyilsə, cavabımız 100də 100, XEYRDİR.. Amma gəlin birdə bunu o yaxşı düşüncəli, səmimi vədlər verən, depressiyaya girmiş o yazığın, başını daha da şişirdən yardımsevər insanlara izah edin.
1. Amma çox xoşbəxt görünürsən..
Hansı tərəfdən baxanda? Әslində heç xoşbəxt deyiləm!..
2. Halbuki, gözəl bir həyatın var..
Hə, mən də əyləncə olsun deyə depressiyaya girmişəm..
3. Yaxşı, bəs bunu yoxladınmı?
Yoxlamadım, yoxlamayacağam.. Xatırladım ki, mən depressiyadayam..
4. Çölə çıx, bir az gəz, hava almaq yaxşı gələcək sənə..
Pəncərədən baxıram, yetməzmi?
5. Tam olaraq niyə görə depressiyaya girmisən?
6. Gəl biraz birlikdə zaman keçirək, bəlkə yaxşı gələcək sənə?
Elə düşünmürəm..
7. Buna qalib gələcək güc var səndə.. Әminəm..
Necə əmin ola bilirsən?
8. Mən səni xoşbəxt edə bilmirəmmi?
9. Düşünməməyə çalış..
Düz deyirsən, bu mənim ağlıma daha əvvəldən niyə gəlməmişdi?
10. Halına şükr et! Səndən daha pis vəziyyətdə olanlar var..
11. Səni çox yaxşı anlayıram. Bəzən mən də sənin kimi oluram..
Həqiqətənmi? O zaman hal hazırda yalnız qalmaq istədiyimi təxmin etməlisən
12. Özünə çox yüklənirsən.
Әla, tapdın həll yolunu.. Bax, artıq çıxdım depressiyadan..
13. Səni xoşbəxt edən şeyləri etsən?
Haqlısan, məsələn sən sussan..
14. Zamanla hər şey düzələcək…
Ehtimal ki, elə olacaq.. Amma bu tövsiyyələr həmin zamanı uzadır.