Birləşmiş Krallıqda aparılan araşdırmaya əsasən, anaları hamiləlik dövründə depressiya yaşayan uşaqların yetkinlik çağlarında depresiya keçirmək riski bir qədər daha yüksəkdir.
Bristol Universitetindən olan tədqiqatçılar qeyd edirlər ki, hamiləlik dövründə müalicə olunmaq uşağın gələcəkdə əqli problemlərlə üzləşmə riskini azalda bilər.
Araşdırmadan məlum olmuşdur ki, 18 yaşında risk normal haldan 1.3 dəfə daha çoxdur.
Tətqiqatçı Doktor Rebeka Pirson BBC-yə müsahibəsində bildirmişdir: “Hamiləlik dövründə depresiyaya ciddi yanaşılmalı və elə hamiləlik dövründə müalicə olunmalıdır”.
O iddia etdi ki, bu əlaqə təsadüfi deyil və tədqiqatların davam etdirilməsinə ehtiyac vardır.
London Kral Kollecinin Psixiatriya İnstitutun professoru Karmin Perienti bildirdi ki, insanın əqli inkişafı doğulduğu vaxtdan deyil, ananın uşaqlığında olduğu dövrdən başlayır.
“İsmarcımız olduqca aydındır – hamiləlik dövründə depresiyada olan qadınlara yardım etmək təkcə qadınların deyil, o cümlədən gələcək nəsilin əzablarını yüngülləşdirəcək”.
Professor Selso Aranqo qeyd etdi ki, stress hormonları uşağın ana bətnində inkişafına təsir göstərir.
“Depresiyada olan qadınlar hamilə olmazdan əvvəl tam olaraq müalicə olunmalı, lakin əgər onlara depresiya diaqnozu qoyulduğunda artıq hamilədirlərsə, müalicə almaq daha da vacibdir, çünki bu Anaya və uşağa təsir göstərə bilər”.
Tədqiqatçılar hesab edirlər ki, doğuşdan əvvəl və sonrakı depresiya doğuşdan sonrakı depresiyaya daha böyük təsiri olan sosial dəstək kimi ətraf-mühitlə bağlı amillər də daxil olmaqla müxtəlif faktorlarla əlaqəlidir.
1991 və 1992-ci illərdə hamiləlik dövrü keçirmiş 14 000-dən artıq qadın araşdırmaya cəlb olunmuş və o illərdən bəri onların səhhətləri, uşaqlarının inkişafı detalları ilə tədqiq olunmuşdur.