Saat 22:45 Radələri idi..

5 Mərtəbədəki Dayanacaqda Dayanib 96 Gözləyirdim..Yanımda Təxminən Yaşı 55-60 Arasında Bir Kişi Dayanmışdı..Bizə Tərəf Bir Gənc Yaxınlaşdı..Hiss Olunurduki Əqli Cəhətdən Zəifdir..Yaşlı Adamı Tanıyırdı Və Salamlaşmaq Üçün Əl Uzatdı, lakin Yaşlı Adam Əhəmiyyət Vermədi..Bir Az Keçmişdi 96 Dayandı Və Biz Üçümüz də Avtobusa Əyləşdik..Bir Qədər Sonra Bir Bomj da Avtobusa Daxil Oldu Və Həmin Gəncin Yanında Əyləşdi..Həddən Artıq İçkili Olduğu Sezilirdi..Söhbət Etməyə Başladı..

İlk Öncə Bomjun Başqa Fikirdə Olduğunu, Gəncdən Necəsə Istifadə Etmeyi Haqda Düşündüm..Danışıqlarını Tam Ewidə Bilmirdim..Mənimlə Yanyana Olan Oturacaqdan 4 sıra Qabaqda Əyləşmişdilər..Ara Sıra Söhbətlərini Eşidirdim..Hansısa Elmi Faktdan Danışırdılar..Yerimi Dəyişdim Və Onlara Yaxın Oturdum..İkisi də Çox Savadlı Və Elmi Cəhətdən Çox Gözəl Danışırdılar..Təxminən Bu Söhbət 15 dəqiqə Davam Etdi..

Dayanacaqlarin Birinde Bomj Gencin Üzündən Öpüb, Əlavə Etdi: “ Bu Günlük Bəsdie Qalsın Sabaha..İndi İçkiliyəm Yadımda Çox Şey Qalmır, Sabah Ayıq Gələrəm Davam Edərik.. Duşərsən 🙂 ” Deyib Getdi.. Ani Olaraq Qərar Verdiyim Bir Şeyə İlk Dəfə İdi Ki, Çox Pis Peşman Oldum..

Həqiqətən İnsanliq Hələ Ölməyib, Yaxşi Fikirli İnsanlar Var Və Bunu Da Anladım Ki, Bomj Və Əqli Cəhətdən Zəif Insanlar Bizdən Heç də Aşağı Deyil, Hətta Bəzi Cəhətlərdə Bizdən də Yüksəkdirlər !!!

 

Müəllifin adı: Nicat Həsənli