Gün ərzində ən az 2-3 litr su içməli olduğumuzu bilirik, lakin dop-dolu stəkan su içmək əvəzinə, çay və ya kofe içirik, amma nə qədər çay və kofe içiriksə, onun 2 qatı dəyərində su içməliyik. Çünki içdiyimiz isti qidalar bədənimizin suya tələbatını artırır və susuz qalmağımıza səbəb olur. Su içməyi unutmaq normaldır, amma bu iş şəraitində məhsuldarlığın azalmasına səbəb olacaq.
Su içməyi necə artıra bilərik?
- Özünüzə xatırlatmaq üçün qeydlər yazın: Smartfonunuz varsa, bir tətbiq yükləyin və ya masanıza kiçik kağızlarda su içməyi yadınıza salacaq qeydlər yazın.
- Suyunuzu rəngləndirin: Sularınızın içində limon dilimi və ya xiyar kimi vitaminli qidalar atın, bu suyunuzu həm də daha dadlı edəcək.
- Dostlarınıza su içməyi xatırladın: Dostlarınızın yaxşılığı üçün onlara su içmələrini xatırlada bilərsiniz. Həm özünüz xatırlamış olar, həm də dostlarınızın su içmələrinə səbəb olacaq.
- Yanınızda su qabı gəzdirin: Həmişə yanınızda su daşısaz, su içməyi unutmayacaqsınız.
- Nə qədər su içdiyinizi qeyd edin: Günün sonunda nə qədər su içdiyinizi bilmək üçün içdiyiniz suları qeydə alın. Beləcə, hər keçən gün yeni bir hədəf qoyub o qədər su içə bilərsiniz.
Elə indi ağlınızdaykən bir stəkan su içmək lap yerinə düşərdi! 🙂