Son günlərdə hər kəsi sarsıdan hadisə dağda itən alpinistlərimizdir. Mövzu haqqında pozitiv və neqativ şərhlər yazılır. Neçə gündür dağçılar və FHN tərəfindən axtarışlar aparılır.

İndi isə sizə dağda qar uçqunlarından xilas olanlar haqqında məlumat verməklə yanaşı, ümid etmək üçün də səbəblər təqdim edirik. 🙂

2017-ci ilin yanvar ayında İtaliya dağlarında baş verən uçqun zamanı bir otel uçqunun altında qalır. Axtarışlar heç bir fayda vermədiyi, hər kəsin ümidini üzdüyü bir vaxtda 42 saat sonra oteldən 4-ü uşaq olmaqla 11 insan sağ salamat şəkildə çıxarılır. Qeyd edək ki, uçqun otelin yerini belə dəyişmişdi. Digər maraqlı fakt odur ki, uçqundan 6 gün sonra da axtarışlar davam edirdi və oteldə olan 3 it də sağ qalmışdı 🙂

Türkiyədə 2015-ci ilin fevralında Muş-Diyarbakır yolunda 30 nəfər qar səbəbindən hərəkət edə bilmir. Onları xilas etmək üçün gedən 2 nəfər işçi isə uçqun altında qalır. İşçilər heç bir yardım olmadan özləri uçqundan çıxa bilirlər, sonra isə iş alətlərini də tapmağa çalışırlar. Yolda qalan 30 nəfər də xilas edilir.

2016-cı ilin fevralında isə Hindistanda uçqunla bağlı maraqlı, şok edən hadisə baş vermişdir. Hindistanın şimalında Siachen Buzluğunda, 8 metrlik qar yığınının altında qalan əsgər uçqundan 6 gün sonra sağ tapılmışdır. 5.900 metr yüksəklikdə, -45 dərcə soyuqda Hanamanthappa Koppadı tapan axtarış edənlər onun nəbzinin hələ də döyündüyünü gördükdə təəccüblənmişdilər. Koppad qar təbəqəsinin altında yaranan bir hava boşluğu sayəsində həyatda qala bilmişdir.

2015-ci ilin fevral ayında Türkiyədə Bozdağa tura qalxan alpinistlər yoxa çıxmışdılar. Hadisəyə qar fırtınası səbəb olmuşdur. Uzun çəkən axtarışlardan sonra 20 dağçıdan 19-u sağ şəkildə xilas edilmişdir.

6 gün əvvəl, yəni 24 dekabr tarixində Uludağ’da qar fırtınasına görə itən 5 dağçı 10 saat sonra xilasedicilər tərəfindən xilas edilmişdir.

Biz Bildirchin Group olaraq hadisənin xoş sonluqla bitəcəyinə, onların sağ-salamat tapılacağına inanır və alpinistlərimizdən müsahibə almağı düşünürük. Dağa köməyə gedən dağçılarımıza da uğurlar arzulayırıq! Tez gəlin, sağ gəlin. 🙂