Odlar yurdu Azərbaycan həm də Qafqazın ən günəşli ölkəsidir. Buna görə də ölkəmiz qonşu ölkələrə nisbətən günəş işığının bolluğu ilə seçilir. Beləki, ölkəmizdə günəşli saatların illik miqdarı 1 800 – 2 900 saat arasında dəyişir.

    Təsadüfi deyil ki, əhali də günəşli günlərə vərdiş edib, lakin nəzərinizə vacib bir məqamı çatdırmaq istəyirik. Baxmayaraq ki, əksəriyyət günəş vannaları qəbul edib, dərisinin rənginə günəş parlaqlığı qatmaq istəyir, günəş şüalarının dərimizə vurduğu ziyan, faydadan çoxdur.

    Günəşin UVAUVF şüaları dərimizin vaxtından tez qocalmasına, dəriyə ləkələrin düşməsinə, dərinin kobudlaşmasına, yanıqlara, allergik reaksiyalara məruz qalmasına, hətta melanomaların (dəri xərçənginin) yaranmasına səbəb olur.

    Günəşin zərərli təsirlərindən qorunmaq elə də çətin deyil. Kifayətdir ki, günəşdən qorunma üsullarından istifadə edək:

    1. Gündən qoruyucu vasitələrdən, kremlərdəm istifadə edin. Hazırda bazarda geniş çeşiddə və miqdarda gündən qoruyucu vasitələr var. Özünüzə uyğun vasitəni seçib evdən çıxmamışdan 20 dəqiqə əvvəl  dərinizə çəkin. Diqqət edin ki, istifadə edəcəyiniz vasitələrin qoruyucu spektoru SPF  15-dən az olmasın.



http://imageshack.com/a/img633/7940/qgy2ug.jpg

   2. İsti yay günlərində saat 10:00-dan 16:00-a kimi çalışın günəş altına çıxmayasınız.

   3. Mütləq günəş eynəklərindən istifadə edin. Yoxsa, nəinki göz ətrafında qırışlar , hətta görmə qabiliyyətinin disfunksiyalarını qazanacaqsınız.

http://imageshack.com/a/img538/6969/7XafJz.jpg

    4. Dərinizi örtülü saxlayın. Nə qədər parodoksal səslənsə də dəri örtülü olanda biz istilənmirik, əksinə özümüzü bir az sərin hiss edə bilirik. Dəri örtülü olanda günəş şüalarından maksimal dərəcədə qorunur. Sual yaranır ki yay fəslində necə örtülü gəzmək olar? Çox asan. Cənub ölkələrinin əhalisini nümunə göstərə bilərik.

    5. Daim nəmləndirici, bərpaedici kremlərdən istifadə edin. Evə gələndən sonra sərin düş qəbul edib dərinizi nəmləndirsəniz, dərinizdə qocalma prosesinin ləngidə bilərsiniz.

http://imageshack.com/a/img538/3544/zL4ph0.jpg