1. Üzdə qırışa görə – 1x/q un (qerkules), 1 yumurta sarısı, 1x/q smetan qarışdırılıb üzə cəkələir. Qarışdırdıqdan sonra 15-20 dəq uzdə saxlanılır. Sonra üz ilıq su ilə yuyulmalıdır.
2. Qidalandırıcı maska – 2 çay qaşığı droj və 1ç/q badam yağı qarışdırılır. Sonra isə üzərinə 2-3 damcı limon şirəsi əlavə edib, üzə cəkib 15-20 dəq saxlayırsan. Ən sonda üz ilıq su ilə yuyulmalıdır.
3. Sifəti dartan krem (maska) – yarım limonun suyu və 1 yumurta ağı qarışdırılır. Üzə cəkilib bir az saxlanılır. Sonra isə üz yuyulmalıdır.
4. Qreyfurtlu maska – Orta ölçülü qreypfrutu qabıqdan və pərdəciklərdən təmizləmək, əzmək və 1 fincan qatıq qatmaq alınmış qarışığı 1 saatlıq soyuducuda saxlamaq sonra bunu üzün dərisinə və boynuna çəkmək 30 dəqiqə saxlamaq lazımdır. Maskanı ilıq su ilə yumaq lazımdır.
5. Əllərə qulluq – 1x/q badam yağı , A, D və E vitaminləri qarışdırılır. Sonra əllərə cəkilb bir az saxlanılır.Saxlandıqdan sonra əllər yuyulmalıdır.
6. Çiy kartof maskası – Süzgəcdən keçirilmiş çiy kartof maskası əsasən quru və qabıq verən dərini yumşaldır, nəmləndirir və hamarlandırır.
7. Banan maskası – dərinizi sevindirin … – Axşamlar evdə olarkən 1dənə banan yeyin, 1 kiçik hissəcik saxlayın ki, üzünüzə maska edəsiniz. Bu cür maska dərinizi sevindirəcək və ona “banan incəliyi” bəxş edəcək. Kiçik banan hissəciyini üzünüzə çəkin və ya onunla dərinizi massaj edin. Banan dərinizi qidalandıracaq və təmizləyəcək.15-20 dəq sonra üzünüzü əvvəlcə ilıq, sonra isə sərin su ilə yuyun.Üzünüzü quruladıqdan sonra qidalandırıcı krem çəkin.
8. Üzdə çillərə görə – Qerkules unu, çoban yastığı (dəmlənmiş suyu) qarışdılır.1həftədə 3 dəfə üzə cəkilib 15-20 dəq saxlanılır. Sonra üz ilıq su ilə yuyulmalıdır.
9. Yağlı dəri üçün – 1x/q un, 1x/q smetan, 1ç/q soda qarışdırılır. Üzə cəkilib 10 dəq saxlanılır. Sonra üz ilıq su ilə yuyulmalıdır.
10. Balqabaq maskası – Balqabaq dərini yaxşı yumşaldır, təravətləndirir, və eyni zamanda qidalandırır. Təmiz yuyulmuş üz dərisinə balqabağın ətli hissələrini 20-30 dəqiqəlik oymaq lazımdır. Maskanı sərin su ilə yuyun.