Əgər sizə də mükəmməl dəri tonu ilə öyünmək nəsib olmayıbsa, bu məqalə sizin üçündür.
İlk öncə piqment ləkələrinin yaranmasının başlıca səbəblərinə nəzər salaq: ultrabənövşəyi şuaların təsiri, yaşla bağlı dəyişikliklər, xroniki qaraciyər və böyrək xəstəlikləri, akne, hamiləlik, ekzema və dermatit kimi dəri xəstəlikləri, vitamin disbalansı və mədə-bağırsaq yollarının xəstəlikləri ola bilər, ancaq məyus olmağa dəyməz, çünki bu problemin həll yolu mövcuddur.
Aşağıda qeyd etdiyimiz vasitələr piqment ləkələri ilə vidalaşmağınıza kömək edəcək. Başlamazdan öncə üzünüzü su, duz, şəkər tozu və hər hansı bitki yağı qarışımından hazırlanmış yumşaq skrabla yumağınız məsləhət görülür. Pilinqi massaj hərəkətləri ilə üz dərisinə (göz altları istisna olmaqla) tətbiq edin. Daha sonra ilıq su ilə yuyun. Hə, indi isə dərinizin rəngini açmaq üçün prosedurlara başlaya bilərsiniz.
- Aloe vera
Unikal bitki dərini nəmləndirir, yeniləyir, yanıq və piqment ləkələr ilə mübarizə aparır. Bitkinin yarpağındaki mayeni sıxın və gün ərzində 2 dəfə piqment ləkərin üzərinə tətbiq edin.
- Soğan
Tərkibi C vitamini və sera ilə zəngin soğan, dərini yeniləyir, qırışları hamarlaşdırır, akne ilə mübarizə aparır və piqmnet ləkələri yox edir. Qırmızı soğanın şirəsini üzünüzə çəkib, 10 dəqiqə saxlayın. Daha sonra soyuq su ilə yuyun.
- Sarımsaq
Sarımsağın tərkibində dəri rəngini açmağa qadir çox miqdarda efir yağı var. 1 diş sarımsağı 2 bərabər hissəyə bolün və gün ərzində bir neçə dəfə ləkələrin üzərinə çəkin.
- Sarıkök
Bəli, bəli. Sarı rənginə baxmayaraq sarıkök ağardıcı təsiri ilə məşhurdur. Sarıkök və portağal şirəsini 1:1 nisbətində qarışdırın. Qızdırın və ləkələrin üzərinə tətbiq edin.
- Aspirin
10 əzilmiş dərmanı 100 ml suda həll edin. Üzünüzü həftədə 3 dəfə alınmış maye ilə silin. Hər 7 gündən sonra 3 günlük fasilə verin.
Qeyd: Bu vasitələri üz dərisinə tətbiq etməzdən öncə allergiyanızın olub olmadığını yoxlayın. Bunun üçün qolunuzun kiçik bir hissəsinə az miqdarda vasitəni çəkin və gün ərzində təsirini müşahidə edin.