Bu il dəniz mövsümü başlayandan 270 nəfər şəxs boğularaq həyatını itirmişdir. Yayı dənizsiz təsəvvür etmək olmur, ancaq dənizə gedərkən təhlükəsizlik qaydalarına riayət edilməsi şərtdir. Bədbəxt hadisələrin baş verməməsi üçün aşağıdakı tövsiyələri nəzərinizə çatdırırıq.
- Dənizə içkili halda getməyin. Son həftələrdə dənizdə batan şəxslərin əksəriyyəti spirtli içki içərək üzən şəxslərdir. Adi halda insan boğularkən başqalarından kömək istəyə bilir, ancaq içkili halda bu mümkün olmadığından boğulma riskiniz daha çoxdur.
- Dənizə gedərkən uşaqlarınızı nəzarətsiz qoymayın. Uşaqlarınızın təhlükəsizliyi üçün dənizdə istifadə olunan şarlardan alın.
- Küləkli havada dənizə getməyin. Bu il küləkli hava şəraiti səbəbindən dənizdə bir çox insanlar həyatını itirdi. Riayət etməli olduğunuz ilk qaydalardandır.
- Getdiyiniz çimərlikdə çökəklik olub-olmadığını araşdırın. Əks halda üzərkən bilmədən çökəkliyə düşə və boğula bilərsiniz.