Dəri – Bütün dünyada gözəllik və masaj salonlarında dəniz suyundan istifadə edilir. Bunun səbəbi dəniz suyunda təbii elementlərin daha çox olmasıdır. Dəridən toksinlərin atılmasına və ölü hüceyrələrin təmizlənməsinə yardım edir. Tərkibindəki minerallarla vücudu möhkəmləndirir. Ən əhəmiyyətli faydalarından biri də korlanmış, səpkili dərini sağaltmasıdır. Dəniz suyu atopik dermatit, rosacea, eqzama və.s kimi bir çox xəstəliklərin müalicəsində effektlidir. Dəniz suyu mikrobların artmasına mane olur.
Dəniz suyunun insan vücuduna faydaları:
Saçın kəpəklənməsinin qarşısını alır
Qan dövranını yaxşılaşdırır.
Bədəndəki infeksiyaları azaldır.
Dənizdə olan yosunun faydaları:
dərini nəmləndirir
dəriyə parlaqlıq verir
dərini daha yumşaq və elastik edir
İmmunitent sistemi – Bir çox elementlə zəngin dəniz suyu, immuniteti də gücləndirmək qabiliyyətinə sabibdir. Zərərli toksinləri uzaqlaşdıraraq, bədəni qoruyur. Qandakı oksigen nizamını yüksəldir. Sərbəst radikallardan xilas olan qan, ehtiyacı olan elementlərə sahib olur.
Dəniz suyunda yod olduğu üçün immuniteti sisteminin funksiyasını dəstəkləyir və tiroidi aktivləşdirir. İnfeksiyalara qarşı və parazit, bakteriyalar və göbələkləri məhv etmək üçün orqanizmin müqavimətini artırır.
Duyğusallıq – Dəniz suyunun tərkibindəki maqnezium, litium və breom, beyindəki serotonin, melatonin səviyyələrinə təsir edir. Depressiya, əsəbilik, yorğunluq və halsızlıq kimi problemləri müalicə edə bilir.