Təyyarələr köhnəlib istifadəyə yararsız hala gəlincə nə olur? Bu problemin cavabını ABŞ-ın cənub qərbindəki bir təyyarə qəbiristanlığında axtarırıq.

ABŞ-ın Arizona ştatındakı Tucson şəhərinə doğru avtomobil səfəri edirsinizsə bir müddət sonra evlərin gedərək azalıb nəhəng bir sahədə, çöl günəşinin altında sıra-sıra düzülmüş hərbi təyyarələr görərsiniz. Ucsuz-bucaqsız yük təyyarələrini, bombardıman təyyarələrini, F-14 və Tomcat döyüş təyyarələrini …

Bura Davis-Monthan aviabazasıdır. 10 km kvadrat sahədə 4400 ədəd təyyarə saxlanılır. Bəziləri sanki bir neçə saat əvvəl buraya gətirilmiş kimidir, bəziləri isə qumun və tozun aşındırıcı təsirindən qorunmaq üçün örtülü tutulur. Bağlı anbarlarda isə yığın halında təyyarə hissələri Amerikanın ya da dünyanın başqa bir bölgəsinə göndərilərək başqa bir təyyarəyə yerləşdirilmək üzrə gözlədilir. Burada işləyənlər Vəhşi Qərb folklorundan ilhamlanmış kimi bu bazaya qısaca ‘Qəbiristanlıq’ deyir.

Bu baza dünyada tək deyil amma ən böyük təyyarə qəbiristanlığıdır. Arizonanın aşağı nəm, isti, quru havası təyyarələrin daha uzun müddət paslanmadan və aşınmadan qorunmasını təmin edir.

Həmçinin 15 sm torpağın altı sərt gil ilə örtülüdür, beləcə bahalı uçuş zolağlarına ya da avia dayanacaqlara gərək qalmadan təyyarələrin yerləşdirilməsi mümkün olur.

Təyyarələri inşa etmək və qorumaq olduqca bahalı bir işdir, amma ömürlərinin sonunda belə bir çox parçasını yenidən istifadə etmək mümkün olur. Tucson bölgəsinin təbii quru iqlimi bu işin xərcini çox daha ucuza gətirir. Bu səbəblə dünyanın ən böyük təyyarə məzarları ABŞ-ın cənub qərbindəki bu çöl bölgəsində var. İstifadəyə yararsız hala gəlmiş təyyarələri bu bazaya gətirməklə iş bitmir. Bəziləri bir az baxımla yenidən uçuşa hazır hala gətirilmək üzrə gözlədilərkən bəziləri də parçalanaraq istifadə edilə biləcək ehtiyat hissəsi kimi saxlanır.


Parçalanmış bombardman təyyarələri

Qəbiristanlığa gətirilən təyyarələr çoxlu proseslərdən keçir. Təyyarə daşıyan gəmilərində istifadə olunmuş təyyarələr əvvəl dəniz duzu qalıqlarının aşındırıcı təsirini aradan qaldırmaq üçün yaxşıca yuyulur, yanacaq çənləri boşaldılaraq incə maşın yağıyla mühərriki yağlanıyor. Sonra partlaya ya da yanğın çıxara biləcək hissələri sökülür sonra kiçik dəliklər alüminium lentlə bağlanılır. Daha sonra isə təyyarənin hər tərəfi asan ayrılan xüsusi bir qara boyayla iki qat və ən üstü də yandırıcı günəş şüalarını soğurması üçün bir qat ağ boyayla rəngləniyir.

Qəbiristanlıqda nüvə başlığı daşıya bilən bəzi B-52 bombardman təyyarələrinə da rast gəlinir. Sovetlər Birliyi ilə nüvə silahların məhdudlaşdırılması məqsədli edilən strateji razılaşmalara görə, B-52-lərin qanadları sökülmüş halda, sovet peyklərinin istədiyində bunu təsdiq etməsini təmin edəcək şəkildə tutulur.

Bir çox təyyarənin isə parçaları sökülmüş olaraq və ehtiyac olduğunda istifadəsinə qədər təyyarənin daxilində saxlanılır. Qəbiristanlıqda bir də tökməxana var. Əksər parçalar burda əridilərək yenidən istifadəyə hazırlanır.

Davis-Monthan bazasından əlavə digər təyyarə qəbiristanlıqlarını da gəzən havaçılıq yazıçısı Nick Veronico, “Təyyarələr uçduğu müddətcə, onları havada tutmaq üçün hərbi və ticarət təyyarə məzarlıqlarına hər zaman ehtiyac olacaq,” deyir.

Rusiyada da köhnə sovet hərbi təyyarələrinin tutulduğu təyyarə qəbiristanlıqları var, amma buradakıların yenidən uçma ehtimalı demək olar yoxdur. Şərqdəki Vladivostok bölgəsi yaxınlığındakı Vozdvizhenkada Sovet dövründə supersonic bombardman təyyarələrinin tutulduğu bir baza var idi. Soyuq müharibə dövrü sona çatınca bu təyyarələrə ehtiyac qalmadı, əvvəllər gizli olan aviabazalar  tərk edilmiş bir halda dayanır.

Sovetlər sonrası dövrə aid bir başqa təyyarə qəbiristanlığı da bu gün Ukraynadakı Çernobildədir. 1986’dakı nüvə fəlakətin ardından boşaldılan bölgədə istifadə edilmiş vasitələr radiasiya yüklü olduğu üçün  çürüməyə tərk edilmişdir. İllər keçdikcə təhlükə vəziyyət unudulmağa və xüsusilə Rassokha qəbiristanlığındakı vertolyot, hərbi və mülki vasitələrin parçaları sökülməyə başlanmışdı. Geriyə ancaq bu vasitələrin skeletləri qalmışdır.

İngiltərə Krallıq Aviasiya Dərnəyindən Keith Hayward, təyyarələri parçalamanın gəmi və digər ağır nəqliyyat vasitəsi vasitələrindən daha asan olduğunu söyləyir.

Hayward belə deyir: “Gələcəkdə təyyarələri əldən çıxartmaq işi çətinləşə bilər, amma bu problemi həll etmək məqsədiylə sektorda riayət edilməsi lazım olan protokollara diqqət edilir. Yenə də təyyarələrə olan tələbin eniş-yoxuşlu dövrlərində qəbiristanlıqlar əhəmiyyətli rolu oynuyur. Buradakı təyyarə sayına baxaraq iqtisadi inkişaf dövründən yoxsa böhran dövründən mi keçdiyimizi söyləyə bilərik.”