Çin cərrahları unikal əməliyyat həyata keçiriblər. Beləki, həkimlər zərərçəkən pasientin amputasiya edilmiş əlini ayağına tikərək toxumaların canlı qalmasına nail olmuşlar. Xəstənin əli bu vəziyyətdə 1 ay müddətində saxlanılmışdır. Daha sonra isə yerinə tikilmişdir.
Çinin Xunan əyalətinin zavodlarının birində bədbəxt hadisə naş verib. Cou adlı gənc işçinin əli işlək vəziyyətdə olan texniki maşının altına düşmüş və biləyindən qopmuşdur. Counun iş yoldaşları maşını dayandıraraq yerindən qopmuş biləyi götürüb buza qoymuşlar. Bundan sonra Cou və onun biləyi təcili surətdə xəstəxanaya çatdırılmışdır. Lakin, xəstəxanada həkimlər qopmuş biləyin dərhal yerinə tikilməsinin qeyri-mümkün olduğunu bildirmişlər. Beləki, Counun qolu çox xəsarət almışdır, hansı ki, bu vəziyyətdə biləyi yerinə tikmək ağlasığmaz idi. İlk öncə bütün yaralar sağalmalı və bərpa olunmalı idi. Çətinlik isə yaraların sağalması üçün ən azı bir ay vaxt tələb olunması zərurəti idi. Belə olduqda qopmuş biləyin toxumaları məhv olardı və bilək çürüyərdi.
Həkimlər bu vəziyyətdən məharətlə çıxış yolunu tapdılar: biləkdə qan dövranının saxlamaq üçün bilək zərərçəkənin baldırına tikilir. Bilək uğurlu şəkildə bir ay müddətində bu vəziyyətdə qalır. Bir aydan sonra cərrah Tan Tsüü başda olmaqla 10 saatlıq əməliyyat həyata keçirilir. Əməliyyat uğurlu şəkildə tamamlanır və xəstə artıq barmaqlarını yüngülcə tərpədə bilir. Əlin işlək qabiliyyətinin bərpa olunması üçün uzun müddətli reabilitasiya periodu keçməlidir.