16 aprel 1889-cu ildə Amerikan və İngilis kinorejissor, ssenarist, bəstəkar, rejissor, prodüser və redaktor, universal kino ustası, dünya kinosunun ən məşhur personajı Charlie Chaplin dünyaya gəlmişdir. Bu münasibətlə onun həyat qanunlarını sizinlə paylaşırıq.
- Mənim ağrım kiminsə gülüşünə səbəb ola bilər, ancaq mənim gülüşüm kiminsə ağrısına səbəb olmamalıdır.
- Sadəlik qeyri-sadə məsələdir.
- İnsanın həqiqi xarakteri o, sərxoş ikən ortaya çıxır.
- Güzgü mənim ən yaxın dostumdur. Çünki mən ağladığım zaman o heç vaxt gülmür.
- Düşünmək qabiliyyəti skripka və ya royalda çalmaq qabiliyyəti kimidir. Hər gün məşğul olmağı tələb edir.
- Amerika artıq mənə lazım deyil. Mən ora qayıtmayacam. İsa prezident olsa belə.
- Patriotizm dünyanın başına gəlmiş ən ağılasığmaz şeydir.
- Bu dünyada heç nə əbədi deyil. Problemlərimiz belə.
- Həyat təkrarlaya bilməyəcəyiniz əsərdir. Ona görə də, nə qədər ki, pərdələr enməyib və səhnə alqışlar belə səslənməmiş bitməyib, oxuyun, ağlayın, rəqs edin, gülün, dolu-dolu yaşayın.