Həyat hər zaman sevindirici olmur, bunu bilirik. Bütün insanlar çətinliklərlə üzləşir, ancaq aşağıda yazılanları tətbiq edən insanlar problemləri tez görür və həll yolunu tapırlar.
Kiçik çətinlikləri dərd etməyin. Sıxıntılardan bir az uzaqlaşın, kənardan seyr edin.
Ən yaxşı öyrənmək forması uğursuz olmaqdır. Növbəti riskiniz daha az qorxulu olacaq sizin üçün. Geri çəkilməyin, uğursuzluqlardan sonra gələn uğur hər şeyi daha mənalı edir. Mübarizə aparmaqdan çəkinməyin.
Problemləri bir gündə həll etmək mümkün deyil. Hissələrə ayırın və bir neçə günə bölün. Hər günə düşən problemi həmin gün həll edin.
Dəyişkənlik və yenilik qorxulu gəlməsin sizə. Hərəkətə keçmək də bir yenilikdir. Yeni mühit, yeni yaşayış, yeni dostlar.
Təslim olmaq lazım olduğu zamanı da bilin. Bu acizlik deyil. Axına doğru üzün. Gücünüzün fərqində olun nəyi əldə edib, nəyi əldə edə bilməyəcəyinizi qeyd edin.
Çətin günlərin içində olan xoş anları görün. Daima ümidli olun. Heç bir problem qalıcı deyil, baxış tərzini dəyişmək və neqativ düşüncələrdən kənar olmaq lazımdır.