Bu dəfə məşhur fizik Stephen Hawking haqqında maraqlı məlumatları nəzərinizə çatdıracayıq. 🙂

Məktəbdə aşağı qiymət alardı. Məktəb illərində Hawking-in tənbəl biri olduğunu öyrənmək, bir çoxumuza təəccüblü gələ bilər. 9 yaşında olanda qiymətləri, sinfin ən aşağı qiymətləri arasında idi. Düzdü sonralar bir az çalışaraq qiymətlərini orta səviyyəyə çatdırdı, lakin heç vaxt əla olmadı. Sonrakı yaşlarında, Oxford Üniveristesi təqaüd imtahanlarında yüksək bal alaraq universitetdə oxumağa başladı.

Nə qədər qəribə səslənsə də, o biologiyanı sevmirdi. Stephen Hawking kiçik yaşlarından bəri fizika və riyaziyyatı sevirdi. Hawkingə biologiya maraqlı gəlmirdi, “naməlum və əzbərçi” elm olduğunu bildirirdi.

Universitet illərində Stephen Hawking Oxford Universitetinin kürəkçəkmə komandasında yer alırdı. Fiziki problemlərə səbəb olan xəstəliyinin dioqnozu qoyulmamışdan əvvəl belə Hawking çox da iri bir insan deyildi. Kürəkçəkmə komandasında sükan hissədə əyləşərdi. Onun işi kürək çəkmək yox, komandaya yön və sürət barədə məlumat vermək idi.

Stephen 21 yaşında olarkən xəstəliyi aşkar olundu, həkimlər ona ömrünün sonuna bir neçə il qaldığını dedilər. Ona amyotrofik lateral skleroz (ALS) diaqnozu qoyuldu. ALS – xəstələrin əzələ idarəsini itirmələrinə səbəb olan nevroloji bir xəstəlikdir.

Sərhədsiz Kainat Nəzəriyyəsinin yaradılmasında iştirak edib. Hawking-in başlıca müvəffəqiyyətlərindən biri 1983-cü ildə “kainatın sərhədlərinin olmadığı” nəzəriyyəsini söyləməsi idi. Hawking və Hartl kainatın şəkli və təbiətini anlamaq məqsədi ilə kvant mexanikası və ümumi nisbilik anlayışlarını birləşdirərək kainatın əhatə olunan bir yaradılış olduğunu, ancaq yenə də sərhədləri olmadığını bildirdilər. Qeyd edək ki, Stephen Hawking həm də astronomiya sahəsində ən müasir alimlərdən hesab olunur.

Qeyd: 2-ci məqaləni buradan oxuya bilərsiniz