Həyat hamımıza eyni davranmır. Bəzən çox kiçik yaşlarımızdan böyük yüklərin altında qalırıq. Bu insanlara çox ağır gəlir və çox vaxt travmalara səbəb olur. Gələcək həyatlarında həmin travmalar onları daha pis hiss etdirə bilər, ancaq bəzən çətin keçən uşaqlığın yaxşı təsirləri də olur. Araşdırmalara görə, bu cür insanların bir neçə üstün cəhədləri də olur:

Kreativlik

Bu cür insanlar əlində olanların qədrini çox yaxşı bilirlər. Kasıb uşaqlıq yaşamış uşaqlar maşını qırılanda atmaqdansa, təmir etməyi öyrənirlər. Belə olduqda daha kreativ yollarla tanış olurlar.

Yerində düzgün davranış

Onlar həyatın bütün çətinlikləri ilə qarşılaşırlar. Belə olduğu təqdirdə həyatın bir mübarizə olduğunu anlayırlar. Məsələn, iki eyni yaşlı uşağa şirniyyat təklif edirlər. Rahat yaşamış uşaq şirniyyatı yeməyə elə də can atmır, ancaq çətinliklərdən keçmiş uşaq şirniyyatı götürən kimi yeyir. Hər iki davranış doğrudur, ancaq şirniyyatı yeyən uşaq bütün məsələlərdə daha çevik davranmaqla daha çox uğur əldə edəcəyini bizlərə sərgiləyir.

Problemi tez həll edir

Onların uzun uzadı bir şeyləri düşünməyə ehtiyacları yoxdur. Onlar üçün həyat sadəcə bir yoldan ibarət deyil. Ona görə də qarşılarına maneə çıxdıqda, həmin problemi həll etmədən ağlamaqdansa, problemin bir neçə həll yolunu tapırlar.

Daha yaxşı yaddaşa sahib olurlar

Çətin uşaqlıq yaşamış insanların yaddaşı daha möhkəm olur. Əsasən də başlarına gəlmiş mənfi hadisələri yaxşı xatırlayırlar. Onlar bu pis şeyləri xatırlayaraq özlərini daha çox gələcək pis hadisələrdən qoruyurlar.