1. Bal heç vaxt korlanmır. Yəni ki, 1-2 il müddətinə yox, ümumiyyətlə heç vaxt korlanmır.
2. Turritopsis Nutricula meduzası yer üzərində ölməyən, məhv olmayan yeganə canlıdır. (Hey, meduza! Yaşamağı bizə də öyrət 😉 )
3. Mavi balinan ürəyi o qədər böyükdür ki, insan asanlıqla onun arteriyalarında üzə bilir.
4. Qarışqaların sayın adambaşına düşən indeks ilə ölçsək, bu rəqəm adambaşına 1,6 mln. qarışqa olar.
5. Osminoqun (səkkiz ayaqlı ilbiz) 3 ürəyi var.
6. Fenşuy yarandığı ilk günlərdə qəbir üçün yer seçmək fəaliyyəti, qabiliyyəti olmuşdur.
7. Saturn və Yupiter planetlərində almaz yağışlar yağır.
8. Orqanizmimizdəki bakteriyaların sayı toxumaların sayından 10 dəfə çoxdur.
9. Frankenşteyn – bədheybət adı deyil, onu yaradan alimin adıdır.
10. Skatlar 27 000 dad reseptoruna malikdirlər. Xatırladak ki, insanın dad reseptorlarının sayı bundan 4 dəfə azdır.
11. Zəif işıqlandırılmış məkan və ya komputerin monitorundan kitab oxumaq görmə qabiliyyətinə heç bir mənfi təsir göstərmir.
12. Oksford Universiteti Atstek imperiyasından yaşlıdır.
13. Afrika fillərini indiyədək heç kim əhilləşdirə bilməyib. Əhilləşdirilən fillər yalnız hindistan filləridir