İçərisində bir neçə meymun, bir nərdivan, su və bananları ehtiva edən bu təcrübəni eşitmiş və ya oxumuş ola bilərsiniz. G.R. Stephenson’ın bu təcrübəsi meymunların qorxuya qarşı verdikləri reaksiyalara əsaslanır. Öyrənilən davranışlar və qrup dinamikası haqqında gözəl təcrübədir.
Bir qrup elm adamı 5 meymunu və təpəsində banan olan nərdivanı bir qəfəsin içinə qoyur. Hərhansı bir meymun bananı götürmək üçün nərdivana dırmananda elm adamları digər 4 meymunu soyuq su ilə isladırlar.
Bir müddət sonra hərhansı bir meymun nərdivana dırmanmağa cəhd etsə digər meymunlar onu əngəlləməyə, hətta döyməyə başlayır. Buna görə bananlar nə qədər cazibədar görünsə də heç bir meymun nərdivana dırmanmağa cəsarət etmir.
Bir qədər sonra, elm adamları meymunlardan birini qəfəsdən götürür və yerinə fərqli bir meymunu içəriyə buraxır. Bu yeni gələn meymun- təbii şəkildə- ilk iş olaraq nərdivana dırmaşmaq istəyir, amma digərləri onu dərhal döyürlər. Bir neçə dəfə döyüldükdən sonra yeni meymun da səbəbini bilməməsinə baxmayaraq nərdivana dırmanmaqdan imtina edir.
İkinci bir meymun daha başqa bir meymunla dəyişdirilir və yenə eyni şey olur. İlk meymunun yerinə gələn meymun da yeni meymunu döyənlər arasında yer alır. Üçüncü meymun qəfəsdən çıxarılıb yerinə başqa bir meymun qoyulur və nəticə yenə eynidir. Dördüncü meymunda da nəticə yenə eyni olur və yeni meymunu döyürlər. Daha sonra beşinci meymun qəfəsdən çıxarılıb yerinə yeni meymun yerləşdirilir.
Nəticə olaraq daha əvvəl soyuq suya heç məruz qalmayan 5 yeni meymun nərdivana dırmaşmağa çalışan meymunu səbəbini bilmədən döyürlər.
Meymunlara bunun səbəbini soruşmaq mümkün olsa cavab böyük ehtimalla belə olardı “Bilmirəm, yəqinki burda işləri belə həll edirlər”. Bu cavab sizə də tanış gəlir mi?
SİSTEM nə qədər QORXU üzərinə qurulsa da Meymunlar kimi olmayaq; ağlımızı istifadə edək, sorğulayaq, sual verək, məxluqa, dəyərlərə və ən vacibi İNSANA hörmət edək…