Artıq miqdarda qida qəbul etməyin qarşısını almaq və çəkinizi normada saxlamağa nəfsiniz və bir sıra ərzaq kömək edə bilər.

Yaşıl çay

Florida Universitetinin apardığı araşdırmalar göstərmişdir ki, qarında piy qatı nə qədər çox olsa, iştaha təslim olmamaq bir o qədər çətin olacaq. Bu nahiyədə piy qatını azaltmağa isə yaşıl çay kömək edəcək. Tərkibindəki catechin maddəsini köməyi ilə, bu içki metabolizmi sürətləndirəcək və piy qatını əridəcək.

Popkorn

İnandırıcı olmasa da, bu məzə iştahı qaçırır və yuxu keyfiyyətini yaxşılaşdırır. Popkornun tərkibində olan karbohidratlar serotin ifrazına gətirib çıxarır və beləliklə, sakitlik və dinclik hissi verir. Narahat olmayın, duzsuz, yağsız və karamelsiz popkornun kalori dəyəri də yüksək deyil.

 

Avokado

Bir çox insanlar, yağların insan orqanizmi üçün zərərli olduğunu hesab edir və yanılır. Yağlar insan orqanizmi üçün vacibdir, lakin yağ mənbələrini düzgün seçməliyik. Ən yağlı tərəvəz sayılan avokadonun üzərində aparılan araşdırmalar göstərmişdir ki, nahardan öncə yeyilən avokado növbəti saatlar ərzində aclıq hissini 40% azaldır.

Banan

Aromaterapevtlər tərəfindən sübut olunmuşdur ki, banan qoxusu aclığı basdırır. Bundan əlavə, banan depressiyanı aradan qaldırır və enerji ehtiyatı ilə təmin edir.