Buranı lənətlənmiş insanların məkanı adlandırırdılar. Burada olanları hamıdan ayırıblar və biz orada, şəhərlərdə və kəndlərdə olan ailələrimizdən ayrı düşmüşdük. Deyirlər ki, Cəhənnəm adasında yaşayırıq. Ola bilər…”
83 yaşlı Çxon Çjun gülümsəyərək danışır. O da yüzlərlə cüzamlı kimi bu adada yaşayır.
Cənubi Koreyada cüzam xəstələrinin cəmiyyətdən tam təcrid edilməsi praktikasına 1963-cü ildə son qoyulub. Lakin bu adada insanların haqlarının pozulması, onların kölə və qul kimi saxlanılması onillər sonra da davam edib.
74 yaşlı Kan Son Bonq da adaya qayıdıb. O yerə ki, bir zamanlar, gerçəkdən də, “Cəhənnəm adası” sayılırdı. Lakin indi burada klinikadadır.
Əvvəllər cüzam xəstələrinin məşəqqətli həyat sürdükləri, zülm çəkdikləri məkan. Adada saxlanan cüzamlı qadınlar arasında hamilə qalanları olanda onlar zorla abort olunur, sonra sterlizasiya əməliyyatına məruz qalırdı.
Cənubi Koreya sahilləri yaxınlığında yerləşən Sorok adasında, əvvəlki “cüzam məkanı”nda fəaliyyət göstərən Sorokdo Milli Hospitalı indi cüzam xəstələrinə ən yüksək səviyyədə qulluq və himayə təklif edir.
Kan Son Bonq da həyatının qalan illərini burada yaşamaq, elə adada da vəfat etmək istəyir.
6 il əvvəl ada ilə yarımada arasında körpü salındı və bununla da “Cəhənnəm adası”nın təcridinə son qoyuldu.
Adaya yollanan turistilərin sayı sürətlə artır.
İndi Sorok adasındakı hospitalda təqribən 570 cüzam xəstəsi var. Onların orta yaşları 75-dir.