http://imageshack.com/a/img673/2843/XEffyF.jpg

Qoçlar öz yaşlarına o qədər də önəm verməməyə üstünlük verirlər. Onlar sabahı düşünmürlər və ancaq bu an etibarı ilə yaşayırlar. Onların gümrah ruhları qocalana kimi onlarda gəncliyin qorunmasına yardım edir. Düzdür, bəlkə də 60 yaşlı Qoç gənc kimi geyinməyəcək, amma motosikl üzərində əyləncədən imtina etməyəcək
🙂
Özü də ki, o, bunu böyük həvəs və enerji ilə etmək istəyəcək.


http://imageshack.com/a/img905/2523/st4p60.jpg

Buğalar “yeyib-içməyi” həddindən artıq xoşladıqları üçün əksər hallarda yaşlanan vaxtı artıq kilolar alırlar. İnadkar buğalar yaşlanandan sonra həm fiziki, həm də mənəvi cəhətdən daha çox inadkar olurlar. Buna baxmayaraq, onlar yüksək dözümlülüyə malikdirlər və bütün xəstəlik və qocalıq əlamətlərinə baxmayaraq uzun ömür sürürlər.


http://imageshack.com/a/img913/4113/9aXZmW.jpg

Əkizlər gənc yaşlarından məqsədyönlü olub, daima həyatlarında irəliləyişlər etməyə meyilli olurlar. Bu xüsusiyyət illərlə təkmilləşir və qocalanda da öz qüvvəsini itirmir. Əkizlər olduqca çalışqandırlar. Hətta qoca əkiz nümuyəndəsini də dincələn halda görmək qeyri-mümkündür. Onların karyera irəliləyişləri təqaüd dövrünə kimi davam edir.


http://imageshack.com/a/img633/4937/KU7huI.jpg

Xərçənglər iki cür olur: heç vaxt böyüməyənlər və qocalıqda hamının qayğısına qalanlar. Xərçənglər istəyirlər ki, ətrafdakılar onların yaşlarına dən düşmüş saçlarına hörmətlə yanaşsınlar. Xərçənglərdən əla “klassik” nənə və  baba çıxır.


http://imageshack.com/a/img905/1849/XrDpBI.jpg

Şirlər xasiyyət baxımından yumşaqdırlar və illərlə bu xüsusiyyət daha da qabarıq formada dəyişəcək. Yaşlandıqca onlar öz şəxsiyyətlərinə qarşı daha çox hörmət, avtoritet tələb edirlər.


http://imageshack.com/a/img661/1976/4fNtwE.jpg

Qız bürcündən olan insanların çoxu yaşlandıqca ətrafı daha neqativ qəbul etməyə başlayırlar. Onların özlərini yaxşı formada saxlamağı xoşlayır və daim özlərini təkmilləşdirirlər. Buna görə də qocalığı ağıllı, müdrik insanlar kimi qarşılayırlar.


http://imageshack.com/a/img901/6594/bnhoUf.jpg

Tərəzilər ən çox narahat edən məsələlərdən biri onların xarici görünüşüdür. Buna görə də onlar artıq çəki və üzlərindəki qırışları yox etmək üçün kifayət qədər ciddi və cəsarətli addım ata bilərlər. Görünüşünə diqqət və qayğıya görə də qocalıqda da cazibədar və gəşəng görünüşə malik olurlar.


http://imageshack.com/a/img540/9449/kqMynN.jpg

Əqrəblər qocalıqda əsl müdriklik dəryasına çevrilirlər. Onlar özlərini böyük filosof kimi qəbul etməyi xoşlayırlar, amma təəssüf ki, onlar hərdən şəxsi məqsəd və təkidlərində çox qapanırlar, hansı ki bu ətrafdakılar üçün o qədər də yaxşı təsir etmir


http://imageshack.com/a/img908/7178/bAdAzZ.jpg

Oxatanlar Qoçlar kimi var gücləri ilə qocaldıqlarına inanmaq istəmirlər. Hətta, məsələ o yerə gəlib çıxır ki, onlar ətrafdakılara bu haqda saysız hesabsız suallar verərək özlərinin yaşlanmadıqlarını sübut etmək istəyirlər, kompliment almağa çalışırlar. Buna baxmayaraq, Oxatanlar qocalıqda da harizmasını qoruyub saxlaya bilirlər.


http://imageshack.com/a/img673/3928/kZrg0L.jpg

Oğlaq zamanla assosiyasiyalaşan biridir. Maraqlısı budur ki, Oğlaqlar üçün zaman əksinə irəliləyir. Beləki, Oğlaqlar “kiçik qoca” kimi, yəni müdrik, məsuliyyətli doğulur və yaşlandıqca uşaqlaşır. Dərin qocalıqda isə Oğlaqlar əməlli başlı özlərini uşaq kimi aparırlar.


http://imageshack.com/a/img901/5536/Q8YJO8.jpg

Dolçaların üzərində Saturn planetinin təsiri böyükdür. Buna görə də onlar Oğlaq kimi uşaqlıqda çox ciddi olurlar İllərlə Dolçalar eksentrikləşir və ətrafdakıların onlar haqqında nə düşündükləri onları az maraqlandırır.


http://imageshack.com/a/img911/1048/YwdkxN.jpg

Balıqlar panik şəkildə qocalıqdan qorxurlar. Xüsusilə də “hələ çox şey edilməyib, yaşanmayıb” fikri onları çox qorxudur. Məhz buna görə Balıqlar həyatda etdikləri və etmədikləri, yaşadıqları və yaşamadıqları haqqında özlərinə tez-tez hesab verirlər. Bu xüsusiyyət onlara hər şeyi daim balanslaşdırmağa imkan verir.