8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə onlara nə hədiyyə etməli? Hədiyə seçimində qadınların mənsub olduğu bürclərin nəzərə alınması hədiyyə seçimini xeyli asanlaşdırar, həm də onları razı sala bilər. Beləliklə də bürclərə görə, qadınlara hansı hədiyyələri almaq lazım olduğunu müəyyənləşdirmək mümkündür:
Qoç. Bu bürcə aid qadınlar həddən artıq müstəqildirlər və kişilərin onlara münasibətdə himayəçilik notlarda davranışına əsla dözə bilmirlər. Onlar üçün başlıca cəhət bərabər hüqüqlardır. Onlar ümumiyyətlə hesab edirlər ki, kişilər qadınlardan ele də üstün deyil. Bu bürcdən olan qadınlar bahalı hədiyyələri sevir, ən əsası odur ki, hədiyyələr qiymətdə və gözəllikdə onun özünü üstələməsin, əgər belə olarsa, qadın özünü təhqir olunmuş hesab edəcək.
Buğa. Bu bürc altında doğulan qadınlar kifayət qədər praktik və evdarlıqları ilə seçilirlər. Onlar praktikanı hər hansı nəzəriyyədən üstün bilirlər. Öz sözlərini kəsəsinə deyir və boşboğaz kişiləri sevmirlər. Buna görə də heç tərəddüd etmədən buğa qadına hər hansı mətbəx əşyası hədiyyə edə bilərsiniz.
Əkizlər. Bu bürc adı ilə doğulan əkiz qız-qadınlar deyişkən xarakterlidirlər və bir yerdə qərar tuta bilmirlər. Onlar romantikdirlər və tez-tez özlərini səmalarda hiss edirlər. Üzük və yaxud qolbağı romantik hədiyyə qismində ən uğurlu seçim ola bilər. Lakin, onlar belə bir təklif qarşısında qorxuya da duşə bilərlər, onlara elə gələ bilər ki, bu hədiyyə onlarə öhdəlik götürmüş vəziyyətinə sala bilər. Həmçinin, romantik görüşün çiçək kimi atributu da yerinə düşəndir.
Xərçəng. Bu bürc altında doğulan qadına hədiyyə edəndə, o sizə buna gərək olmadığını deyir və doğrudan da səmimi görünür. Bu bürc altında doğulan qadınlar kifayət qədər gözəl olmadıqlarından qorxur, kifayət qədər dəbdə olmadıqlarından rahatsızdırlar və kifayət qədər zərif olmadıqlarından narahatdırlar. Buna görə də onlara kosmetika və təmizləyici kremler hədiyyə etmək olmaz. Onlara elə gələr ki, siz onu daha da gözəlləşdirmək istəyirsiniz və o, sizin üçün o qədər də gözəl deyil. Yaxşı olardı ki, özünü nümayiş etdirməkdə ona kömək edəsiniz – fotossesiya ən yaxşı hədiyyə olardı.
Şir. Şirlər Xərcənglərin tam əksidir. Kosmetik salona prosedur dalınca getmək ona xoş gəlir. O, özünə əmindir və hesab edir ki, öz gözəlliyini hər vasitə ilə nümayiş etdirmək vacibdir. Şir-qızlar bundan əlavə, müxtəlif bəzək-düzək şeylərini xoşlayır. Ona xırda heykəlcik-“statuetka” və ya xırda bəzək əşyası hədiyyə etsəniz, onun öz interyerini bəzəmiş olacaqsınız və o, sizdən razı qalacaq.
Qız. Onlar ağıllı, praktikdirlər, lakin tez küsəyəndirlər. Qıza uyğun hədiyyə seçmək xeyli çətin vəzifədir. O, böyük sevinclə bəzək-düzək və ya mətbəx kombaynı qəbul edə bilər, onu başa düşmək, nə istədiyini anlamaq çətindir. Ən əsası odur ki, hədiyyə etdiyiniz şey gözəl və stil olmalıdır. Qızlar zərif formalı əşyaları daha çox sevirlər. Nəbadə kobud formalı hədiyyə alasınız!
Tərəzi. Onlar gözəl geyinməyi, bahalə ətirləri, klassik musiqilərə qulaq asmağı çox sevirlər. Onlarla ünsiyyət asandır, onlar kişiləri yaxşi başa düşürlər. Əgər siz hədiyyə axtaranda çətinliyə düşübsünüzsə, onda yardım üçün Tərəzi qızlara müraciət edin. Onlar məsləhət verməyi hər hansı hədiyyədən daha çox xoşlayırlar.
Əqrəb. Onlar özlərini təkrarsız hesab edirlər və əqrəb qızları standart hədiyyələrlə razı salmaq mümkün deyil. Onları aldığınız hədiyyənin qiyməti maraqlandırmır, əsas odur ki, aldığınız şey qeyri-adi olsun. Paraşütlə göydən tullanmaq və digər ekstremal hadisələr onları çox sevindirir. Onlar öz ideallarında ilk növbədə qeyri-standart düşüncəni qiymətləndirirlər.
Oxatan. Onlar səmimidirlər . Onlardan əla aktrisalar çıxır. Oxatan-qızların publikanı ələ almaq bacarığına hamı həsəd apara bilər. Onlar hamının diqqət mərkəzində olmağı sevir və hər zaman gizlincə ulduz olmağı arzulayırlar. Səsyazma studiyasında onun sevdiyi mahnını yazdırmaq baha başa gələ bilər, lakin siz Oxatan-qızın gözlərində uzun müddət qəhrəman olacaqsınız.
Oğlaq. Onlar kosmetikadan tez-tez allergiyaya tutulurlar. Əgər siz ona hansı kosmetik əşya uyğun gəldiyini bilmirsinizsə, daha yaxşı olardı ki, riskə getməyəsiniz. Oğlaq-qadınlar kişilərdə klassik stili və təmkinliyi qiymətlindirirlər. Dəbdəbəli restoranda şam yeməyi və ya bəzək əşyası Oğlaq-qızlar üçün məqbuldur.
Dolça. Onlar insanlarla ünsiyyətdə öz hisslərini çox çılğın şəkildə biruzə verirlər, lakin romantik vəziyyətlərdə onlar özlərini öz boşqablarında hiss etmirlər. Şamlar və qızılgül onları yalnız təəccübləndirə bilər. Belə şeylər Dolça – qızları yalnız bağlayır. Pəncərə altında musiqi sədası və ya evin damına çıxmaq kimi ekstrimal romantik vəziyyətlər Dolçalarin zövqünü oxşaya bilərsiniz.
Balıqlar. Bu bürcdən olan qadınlar unikaldırlar, onlar ağıllı, müdrik, təmkinli, romantik və praktikdirlər. Bir sözlə, kişilərin sevdiyi bütün keyfiyyətləri özlərində cəmləşdirirlər. Balıqlar sevdiyi kişidən aldığı hədiyyədən hədsiz xoşbəxt olacaq. Onlar hətta adi bir “otkrıtka”da belə özləri üçün qeyri-adi bir şey tapa bilərlər. Ən əsası odur ki, sizi sonradan xırda hədiyyə aldığınıza görə vicdan əzabı tutmasın. Balıqlar romatikani sevir, buna görə də çalışın onu məyus etməyəsiniz.