Bizim illərdir formalaşmış iş rejimimiz və iş haqqda düşüncələrimiz var, ancaq bəzi işlər var ki, yeni yaranıb. İnsanların çoxu belə bir şeyin olacağını qəbul etməsə də bu işlər mövcuddur.

Su attraksionları

Əgər siz suda adrenalin dolu vaxt keçirməyi sevirsinizsə, bu iş tam sizlikdir. Böyük otel zəncirləri və ya tur agentliklərdə bu işi tapmaq mümkündür. Yeni hazırlanmış attraksionu yoxlayıb, həm əylənirsiniz həm də buna görə maaş alırsınız.


Bütün gün Netflix izlə və qazan!

Bəli, bəzi insanlar var ki, onların işi gücü Netflixdə olan filmləri və şou proqramları izləməkdir. Daha sonra izlədiklərində gördüyü psixoloji təsir edən hissələri qeyd edərək hesabat verməyi mütləqdir.


Saqqız çeynəmək

Yeni yaradılmış hər hansı bir dadı yoxlayaraq, saqqız haqqda fikirlərini deməyin pul qazanmağına səbəb ola bilər. Bu adamlara gumologist deyirlər.


Şokolad dadanlar

Lazım olan sadəcə fərqli şokoladların dadına baxmaqdır, ancaq böyük dilimlər yemək insan sağlamlığına pis təsir edə bilər. Ona görə də çox kiçik miqdarda dadına baxmaq kifayətdir. Hər şokoladı daddıqdan sonra ağız dadını dəyişdirmək üçün duzlu peçenya və su yemək mütləqdir.


Şəkil çək və qazan!

Şəkil çəkməyi sevirsən və yaxşı alınır? O zaman şəkil çək və pullu stoklarda yerləşdir. Onların tələb etdiyi ölçü və keyfiyyətdə olan şəkillərdirsə, heç bir problem olmadan yükləyə biləcəksiniz.