Bu gün bizə lazım olan əşyların çoxunun əvvəllər mövcud olmadığını təsəvvür etmək çətindir. Xüsusən də elə əşyalar var ki, qadınlar onsuz keçinə bilmir. Qadınlar ətirsiz və hündürdaban ayaqqabısız necə görünərdi, görəsən? Bu gün dəblə ayaqlşan hər bir qıza lazım olan əşyaların tarixi haqqında danışacağıq.
1. Hündürdaban ayaqqabılar: 1953-ci ildə Roje River ayaqqabının altına nazik və hündür daban əlavə edir. Ayaqqabının hündürlüyü 7-8 sm olardı, forması isə qayığı xatırladırdı. Hündürdaban ayaqqabını ilk dəfə İngiltərə tax-tacının sahibəsi geyinib. Bu ayaqqabı şahzadəyə layiqli formada hazırlanmışdı. Ayaqqabının nazik dabanları yaqut qaşlarla bəzədilmişdi.
Tac qoyma mərasimində təəssüf ki, ayaqqabı görünmür.
Dabanın hündürlüyünü 10 sm-ə məşhur dizayner Salvatore Ferraqamo qaldırır. İlk vaxtlarda dabanlar taxtadan hazırlandığı üçün tez qırılardı. Salvatore Ferraqamo isə həm ayaqqabının hündürlüyünü qaldırır, həm də taxtanı metalla əvəz edir. Yeri gəlmişkən bu ayaqqabıları Merlin Manro filmdə geyinmişdi.
2. Sevimli ətir: Ətir latın lindindən tüstü mənasını verir. Buradan belə nəticəyə gəlmək olar ki, qədim dövrlərdə insanlar ətir əvəzinə xoş qoxulu yarpaqları yandırarmışlar.
Misirlilər isə hələ 5000 il bundan əvvəl ətirdən istifadə edirmişlər. İlk ətirlərin konkret olaraq harada, Misirdə, Ərəbistanda, yoxsa ki, Mesapotamiyada yarandığı məlum deyil. Fars qızları isə bədənlərindən xoş qoxu gəlməsi üçün bitki yağları çəkərmişlər. Lakin onlar soğan və sarımsaq həvəskarı imişlər. Onlardan hətta qoxu saçan xüsusi lövhərlər düzəldərdilər. Bu lövhələri söhbət edəndə ya əllərində tutar, ya da ağızlarında gəzdirərdilər. Tarix elə bil ki, bizi ələ salır… İndi soğan və sarımsaqdan ətir hazırlansa, bu, yəqin ki, insanları öldürmək üçün nəzərdə tutlardı… Maraqlısı budur ki, yoxsul təbəqə soğan qoxa bilməzdi, bu, ancaq yüksək təbəqəyə və zədəganlara məxsus qoxu idi.
3. Saç boyası: Fransalı Ejen Şueller 1907-ci İldə mis, dəmir və natrium sulfat duzlarını qarışdıraraq boyaq maddəsi kəşf edir. Bu tərkibin sayəsində saçlar istənilən rəng alırdılar. O, hətta sonralar qadınlar və kişilər üçün təhlükəsiz boyaq maddəsi hazırlayır. Hansı ki, bu gün böyük kosmetika şirkətlərindən birinə çevrilib. Bu, “L’Оrеаl” firmasıdır.
4. Buqidi: Bu lap qədim dövrlərin ixtirasıdır və yunanlara aiddir. Boru şəkilli taxtalara saçlarını dolayır, sonra isə onları açırdılar. Beləcə buruq zulflər hazır olardı.
Bu isə 20-ci əsrin ixtirasıdır. Maşından borucuqlara isti buxar ötürülür və saçlar burulurdu. Belə saçlar bir neçə aya qala bilərdi.
Hətta uşaqlar da saçlarını bura bilərdi…
5. Saç düzləşdirici fen: Əvvəllər buruq saçlar dəbdə idi. 1906-cı ildən dümzdüz saçlar dəbə minməyə başladı. Düzləşdirici fenin kəşvi Simon Monroya aiddir.
6. Saç qurudan fen: Bu dahiyanə ixtira 1900-ciildə yaradılıb və almanlara məxsusdur.
7. Günəşdən qoruyan eynəklər: Günəş eynəkləri ilk dəfə Amerikada satılır. Böyük miqdarda istehsalı 1929-cu ildən başlayır. O vaxtlar istehsal olunan eynəklər günəşdən yaxşı qoruya bilmirdi. Eynəklər daha çox bəzək əşyası kimi sitifadə edilərdi.
8. Diş fırçası: Bu da qədim ixtirarlardan biridir. Bu ixtiranı da çinlilər düşünüb. Diş fırçası ilk dəfə Çin imperatoru üçün düzəldib. Bu fırça sümükdən və donuz tükündən hazırlanmışdı.
Bu fırça Napoleona aiddir. O, gigiyenasıa xüsusi fikir verirmiş. Onun diş fırçası gümüşdən və at tükündən düzəldlib.
Misirin ən məşhur şahzadəsi, Kleopatra, dodaqlarını al-qırmızı rəngə boyamaq üçün qurudulmuş al-qırmızı böcəklərdən istifadə edirdi.
Pomada XVI əsrdə İngiltərə kraliçası I Elizabet və bir sıra ledilərin sayəsində məşhur olmuşdur. Onlar dodaqlarını mumla qırmızı civə sulfidin qarışığı ilə rəngləyirdilər.
İlk sıxılmış pomada bazarda 1915-ci ildə peyda oldu.
İslamın Qızıl Əsrində, ərəb həkimi və kimyaçısı Abu əl-Kəzim əl-Zəxroi (Abulkasis) sıxılmış formada olan ətir və digər komponentlərdən ibarət bərk pomada kəşf etdi. O, pomadanın istehsal prosesini özünün tibb və cərrahiyyə ensiklopediyası olan Əl-Təsrif kitabında təsvir etmişdir.
1770-ci ildə Böyük Britaniya parlamenti qanun qəbul etdi ki, pomadadan istifadə edən qadınlar cadugarlıqda ittiham olun bilərlər.
1930-cu ildə məşhur vizaj ustası, Maks Faktor, dodaqlar üçün parıltı icad etdi.
İkinci dünya müharibəsində pomadanın məşhurluğu kino sənayesinə görə artdı və qadınlar tərəfindən kosmetikadan istifadə gündəlik hala çevrildi.
1950-ci ildə Amerika əsilli kimyaçı Xeyzel Bişop öpüş üçün yuyulmayan və uzunmüddətli pomada kəşf etdi.